Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Babək Çələbiyanlı: “Amerika artıq İranın Yaxın Şərqdə davranışını qəbul etmir”

25-05-2019, 09:33   

Amerika Birləşmiş Ştatları Ağ Evin bildirdiyi kimi İran təhlükəsi qarşısında Yaxın Şərqdə hərbi mövcudluğunu artırıb. Vaşinqton və Tehran arasında gərginliklər yüksək həddə çatib. ABŞ hərbi qüvvələri Ərəbistan dənizinə təyyarədaşıyan gəmi və desant platformasi göndərib. Hazırda Pentaqonun bölgəyə əlavə hərbi qüvvələr yerləşdirilməsi məsələsini nəzərdən keçirildiyi haqda məlumatlar verilir. Milli Dirəniş Hərəkatının nümayəndəsi Babək Çələbiyanlı müsahibəsində ABŞ-ın İranla bağlı strategiyası, Tehranın ritorikası və İran Azərbaycanında durum haqda danışıb.

Babək Çələbiyanlı bildirib ki, Birləşmiş Ştatlar İranla dünyanın altı qüdrətli dövləti arasında 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdıqdan sonra Tehran rejiminin davranışı dəyişdirməyə nail olmağa çalışaraq, sanksiyaların bərpası da daxil olmaqla təzyiqləri artırıb və bir sıra şərtlər irəli sürüb.

Zənnimcə, Amerika çalışır ki, İranı başa salsın ki, bu işdə nə qədər ciddidir.

“Amma günümüzə qədər baxdığımızda Amerika o istədiyi 12 şərtin heç birinə nail olmayıb. Ona görə demək olar ki, Amerika dövləti belə başa düşüb ki, İran Amerikanı çox ciddiyə almır. Onun üçün də Abraham Lincoln döyüş gəmisini Ərəbistan körfəzinə göndərib. B-52 böyük döyüş təyyarələrini oraya göndərib və deyildiyinə görə, Amerika gələn aylarda və yaxud gələn həftələrdə orada ordusunun sayını çoxaltmağa çalışır. Zənnimcə, Amerika çalışır ki, İranı başa salsın ki, bu işdə nə qədər ciddidir.”

Babək Çələbiyanlı Birləşmiş Ştatların İrana qarşı sanksiyalarının ciddi iqtisadi nəticələri olduğunu qeyd edib. “Amerikanın tətbiq etdiyi sanksiyalar İranın daxilində insanların yaşamına ciddi şəkildə təsir göstərib. İnsanlar çox gərgin bir durumdadır.”

İşsizlik baxımından və ictimai məsələlər baxımından Azərbaycanda olan təzyiqlər başqa yerlərdən bəlkə daha çoxdur.

Milli fəal İran Azərbaycanında ağır iqtisadi durumdan danışıb. “İranda həm iqtisadi baxımdan, həm ictimai baxımından durum normal deyil. Bu, azərbaycanlıların da yaşayışına istər-istəməz çox ciddi təsir göstərib. İşsizlik baxımından və ictimai məsələlər baxımından Azərbaycanda olan təzyiqlər başqa yerlərdən bəlkə daha çoxdur.”


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar