Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

DÜNYANIN GÖZÜ ÇANKAYADA:Ərdoğan, Putin və Ruhani nələri müzkirə edəcəklər?

17-09-2019, 09:35   

Bülənt Ərandaç

“Takvim”, Türkiyə, 16 sentyabr 2019-cu il

 

Bu gün dünyanın gözü və qulağı Çankayaya çevriləcək. Prezident Ərdoğan bu gün Suriyanın gələcəyinə damğa vuracaq “Çankaya kriteriyaları” prosesini Putin Ruhani ilə başladır.

Türkiyə Prezidenti Ərdoğanın ev sahibliyində Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhaninin iştirakı ilə keçiriləcək Çankaya zirvə görüşündə məsələnin həllinə yönəlik qərarların alınması gözlənilir.

Çankaya zirvə görüşündə alınacaq qərarların Suriyanın gələcəyinə açar formullar gətirməsi gündəlikdədir.

Birincisi, Suriyanın yeni konstitusiyasını yazacaq 150 nəfərlik komitənin tərkibi qətiləşəcək. Konstitusiya komitəsinin işi və Suriyada siyasi keçid prosesi dəqiqləşəcək.

İkincisi, İdlibdə qalıcı atəşkəs təmin ediləcək.

Üçüncüsü, yeni bir köç dalğasının önlənməsi üçün Avropa hərəkətə keçiriləcək.

Dördüncüsü, Fəratın şərqində, Ayn əl-Ərəblə Rəsulayn arasında 1 milyonluq şəhər salmaq və Türkiyədəki qaçqınları burada daimi məskunlaşdırmaqla hüzura qovuşdurmaq planımız masaya yatırılacaq.

Beşincisi, Türkiyə, Rusiya, Almaniya və Fransa arasında dördlü həll masası təkrar qurulacaq.

Altıncısı, Suriyanın bütövlüyünü qoruyan layihə – Cenevrə anlaşması təqdim olunacaq.

 

Gündəliyin əsas məsələsi İdlib və Fəratın şərqidir

 

Bugünkü zirvə görüşündə gündəliyin önəmli bir başlığını İdlibin təşkil edəcəyini Prezident Ərdoğan Reutersə verdiyi müsahibədə də açıqlamışdı. Prezidentimiz artıq İdlibdə bir neçə günlük atəşkəslə məsələnin həllinin təmin edilə bilməyəcəyini vurğulayaraq, qalıcı atəşkəs üçün “Çankaya kriteriyaları”nı dövrəyə soxmaq istəyir.

Bugünkü toplantıda İdliblə bərabər, Türkiyə ilə ABŞ tərəfindən Fəratın şərqində qurulması planlaşdırılan təhlükəsiz bölgə də müzakirə ediləcək.

Bu arada Ərdoğan ABŞ Prezidenti Trampa mesaj verib: ”Səbrimiz daşır. Təəssüf ki, təhlükəsiz bölgə anlayışı gözləntilərimizi qarşılamır. Oyalama siyasətinə dönüşür. Səbrimiz daşarsa, başımızın çarəsinə baxmaq durumunda qalacağıq. Sərhəddimizdə terror dəhlizinə izin verməyəcəyik. Bunun üçün atılmalı olan addımlar nədirsə, atacağıq”.

Ərdoğan, ABŞ-a aydın formada “Fəratın qərbində işlər tamamdır. İndi növbə Fəratın şərqinindir” deyəcək.

Çankaya zirvə görüşündən sonra Ərdoğan, BMT toplantısı üçün Nyu Yorka gedəcək. 24 sentyabrda BMT-də çıxış edəcək. O bu çıxışında Putin və Ruhani ilə birgə aldığı qərarlar yönündə Suriyanın gələcəyini gündəliyə gətirəcək. Ardınca Trampla baş-başa keçirəcəyi görüşdə Fəratın şərqində yaradılacaq təhlükəsiz bölgə ilə bağlı əsas qərarlara son şəkli veriləcək. Türkiyənin hədəfi Trampın söylədiyi kimi, 20 millik (32 km) dərinlikdir. Ərdoğanın istədiyi öncə bu dərinlikdə Türkiyədən Suriyaya geri qayıtmaq istəyən 1 milyon qaçqına yaşanması mümkün olan bir şəhər qurmaqdır.

BMT-də MerkelMakronla da görüşü gözlənilən Ərdoğan, təhlükəsiz bölgədə qurulması planlaşdırılan bu şəhərə investisiyaların qoyulması üçün Almaniya və Fransanın da əlini daşın altına qoymasını təmin etmək istəyir.

İkinci mərhələdə, Suriyada keçid dövrü üçün yaradılacaq, konstitusiya layihəsinin mətnini yazacaq komitənin verdiyi qərarlara və sonda Cenevrədə “Yeni Suriya anlaşması”nın əldə edilməsinə paralel olaraq, Türkiyədə qalan 3 milyon qaçqının da Fəratın şərqinə və qərbinə yerləşdirilməsi üçün fəaliyyətə keçiləcək.

Sonda qeyd edək ki, Prezidentimiz Tayyib Ərdoğan bir siyasət ustasıdır. Suriyanın taleyində çox önəmli rol oynayacaq qərarları Putin və Ruhani ilə birgə almaq üçün onun Beştəpə yerinə Çankayanı seçməsi öz başına tarixi bir mesajdır. Ərdoğan Atatürkün Çankayasından dünyaya sülh mesajı verəcək. Beynəlxalq birliyə “Çankaya kriteriyaları”nı elan edəcək.

Tərcümə Strateq.az-ındır

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar