Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub

19-09-2019, 22:06   

Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi fəaliyyət göstərdiyi 25 il ərzində ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib və bu gün də yüksək fəallığı ilə seçilən aparıcı ictimai qurumlardan biridir. Hazırda sıralarında Qarabağ müharibəsi veritanları, müharibə əlilləri və şəhid ailələri olmaqla, 65395 nəfər üzvü birləşdirən Təşkilatın yubileyinin qeyd edilməsi böyük əhəmiyyət daşıyır. Qurum vətənpərvərlik tərbiyəsini, eləcə də azərbaycançılıq məfkurəsini gənc nəsil arasında təbliğ edir, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, erməni faşizminin ifşası, eləcə də dünyada sülhün və əmin-amanlığın qorunub saxlanılmasına töhfələr verir.

Bu fikirlər Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi münasibətilə sentyabrın 18-də Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə səslənib.

Yubiley tədbirində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Böyük Vətən müharibəsi veteranı,şəhid ailələri, Abşeron rayon İcra Hakimiyyətinin başçısının müavini Fuad Cəbrayılov, Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin sədri Füzuli Rzaquliyev, təşkilatın üzvləri, ictimai qurumların təmsilçiləri və gənclərlə yanaşı, KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə respublikamızın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.

Abşeron rayon İcra Hakimiyyətinin başçısının müavini Fuad Cəbrayılov veteranlarla bağlı dövlət səviyyəsində görülən işlərdən, ölkə Prezidenti tərəfindən onların qaldırdıqları məsələlərin həllinə göstərilən davamlı diqqətdən söz açıb. F.Cəbrayılov onu da bildirib ki, Abşeron rayonunda veteranların sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların rayonun ictimai-siyasi həyatında yaxından iştirakına imkanların yaradılması daim diqqətdə saxlanılır. F.Cəbrayılov gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rolu olan veteran hərəkatının daha da güclənməsi üçün rayon İcra hakimiyyətinin bundan sonra da səylərini əsirgəməyəcəyini qeyd edib. Respublika Veteranlar Təşkilatının 25 illik yubileyi münasibəti ilə hər bir veteranı Abşeron RİH başçısı İradə Gülməmmədovanın adından təbrik edən başçının müavini, təşkilatın bu illər ərzində dövlət siyasətinin həyata keçirilməsində rolunu vurğulayıb və təşkilata bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

Çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin sədri Füzuli Rzaquliyev təşkilatın fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. Vətənpərvərliyin təbliği, gənc nəslin azərbaycançılıq ideologiyası ilə tərbiyə edilməsi istiqamətində təşkilatın üzərinə düşən işin məsuliyyətindən bəhs edib.

Qeyd edilib ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Respublikamızın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş müharibə veteranlarını öz ətrafında birləşdirən ictimai təşkilat kimi 1994-cü ildən rəsmi fəaliyyət göstərir. 1994-cü ilin avqust ayının 26-da Ədliyyə Nazirliyində (qeydiyyat № 603) qeydiyyata alınıb. Birliyin 10 sentyabr 2019-cu il tarixinə kimi 65395 nəfər üzvü var (üzvülük vəsiqəsi almış şəxslər). Bunlardan 56735 nəfər müharibə veteranı, 5340 nəfər müharibə əlili, 3320 nəfər şəhid ailəsidir.

Digər çıxış edənlər ölkəmizdə veteranların hərtərəfli diqqət və qayğı ilə əhatə olunduğundan, onların gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində fəaliyyətindən bəhs ediblər.
Tədbirin sonunda Şəmistan Əlizamanlı bir neçə mahnı ifa edib

0
0
0
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar