Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Bu Xocalı faciəsinin başlanğıcı idi”

26-01-2020, 11:26   
 


– İqbal Ağazadə Daşaltı əməliyyatından danışdı. Bu Daşaltı əməliyyatından 28 il ötür. 1992-ci ilin yanvarın 25-də saat 20.00-da başlanan bu əməliyyat Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi daşıyıb. Lakin əməliyyat yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Daşaltı əməliyyatında Azərbaycanın ilk könüllü taboru 77 şəhid verib.ANAXEBER.infor ki, 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd, “Ümid” Partiyasının sədri İqbal Ağazadə bu əməliyyatı xatıladaraq Azərbaycanın ilk könüllü taborunun xəyanətin qurbanı olduğunu bildirib. “26 yanvar 1992-ci ildə Azərbaycanın ilk könüllü taboru Daşaltıda böyük xəyanətin qurbanı olaraq, 77 nəfər şəhid verdi. Bu Xocalı faciəsinə aparan yolun başlanğıcı, həm də ilk kütləvi şəhid verdiyimiz gün idi. Təəssüf ki, hələ də qisasımızı almamışıq. Allah Şəhidlərimizə rəhmət etsin. Bizlərə isə güc versin ki, torpaqlarımızı işgaldan azad edək. Amin”, - deyə “Ümid” sədri vurğulayıb.Qeyd edək ki, İqbal Ağazadə özü də Azərbaycanın bütövlüyü uğrunda döyüşlərin iştirakçısı olub.ANAXEBER.info
 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar