Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"Anası ermənidir" yalanını ifşa edən fotofakt: YUNİS SƏFƏROVUN "METİRKASI"

7-07-2018, 15:40   
 


Məlum olduğu kimi, sui-qəsd nəticəsində güllələnmiş Gəncənin icra başçısı Elmar Vəliyevin qardaşı, baş prokurorun müavini, respublikanın hərbi prokuroru Xanlar Vəliyev ölkə gündəmində birmənalı qarşılanmayan açıqlaamaya imza atıb.
O baş vermiş olaydan danışarkən qardaşını güllələmiş Yunis Səfərovun anasının erməni olmasını iddia edib: "Yunis Səfərovun özü və anası ermənidir və Rusiyanın xüsusi xidmət orqanlarında çalışır. İndi bundan nəticə çıxarın. Gülmək, ağlamaq, hirslənmək, xoş söz demək və s. insani emosiyalardır, bu, mümkün olan şeydi. Bizim ailəmizdə aldığımız tərbiyə heç vaxt imkan vermir ki, kimisə söyəsən və ya döyəsən..."

Bu açıqlamadan dərhal sonra ictimai müzakirələr başladı və böyük əksəriyyət məlumatın uydurma olduğunu iddia etsə də, Xanlar Vəliyevin sözlərinin həqiqət olduğuna inananlar da yox deyil.

Savash.org mövzunun həssaslığını nəzərə alaraq kiçik araşdırma aparıb və "Yunis Səfərovun özünün və anasının erməni olması" haqda iddiaların əsassızlığı ortaya çıxıb. Bunun təsdiqi kimi Yunis Səfərovun "doğum haqqında şəhadətnamə"sinin fotosunu əldə etmişik və həmin fotonu dərc etməklə bununla bağlı bütün söhbətlərə nöqtə qoyulacağına inanırıq. Sənəddə Yunis Səfərovun. eləcə də anasının milliyyətcə azərbaycanlı olması qeyd olunub.
 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar