Ana səhifə

“Kəmaləddin Heydərov Prezidenti aldadır”

    Tarix: 30-03-2019 16:17   

 

“Nazir Mingəçevir hadisəsində də eyni bəyanatı verdi ki, biz onlara xəbərdarlıq etmişdik. “Azadlıq” prospektində bina yananda deyir ki, “biz bu materialları istehsalata götürən zaman bunlara sertifikat vermişik, o vaxtı keyfiyyətli materillar idi, binanın üstünü örtən zaman isə saxta materiallardan istifadə olunub”… İndi də Diqlas” ticarət mərkəzində yanğınla bağlı “bizim məktublarımıza cavab vermədilər” kimi bəsit bəyanatla ya prezidenti aldadır, ya da…”.

Nizami rayonundakı “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə fövqalədə hallar naziri Kəmaləddin Heydərov özünü “təmizə” çıxarmağa çalışdı.

“Fövqəladə Hallar Nazirliyi tərəfindən 2015-ci ildən başlayaraq ticarət mərkəzinə və Nizami Rayon İcra Hakimiyyətinə mərkəzdə yanğın təhlükəsizliyi qaydalarının pozulması ilə bağlı xəbərdarlıqlar göndərilib”, – deməklə məsuliyyətdən yayınmaq istəsə də, nazir rəhbərlik etdiyi qurumun səriştəsiz fəaliyyətini bir daha təsdiqləmiş oldu.

2015-ci ildən bəri 4 il keçir. Yəni belə çıxır ki, ötən bu müddət ərzində ticarət mərkəzinin rəhbərliyi “fövqəlnazir”i saymayıb. Əslində, xəbərdarlıq olunubsa, onun icra olunmaması həm də bu quruma hörmətsizlikdir. Amma bu, mümkünsüzdür. Bütün hallarda belə aydın olur ki, Fövqalədə Hallar Nazirliyi sözügedən ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydalarına əməl olunmadığını bildiyi halda, müəyyən səbəblərdən (!) bu sahədə heç bir addım atmayıb.

Sual olunur ki, xəbərdalıqlar göndərildiyi halda, bunlara niyə əməl olunmayıb? Bu, nə dərəcədə mümkündür ki, Fövqalədə Hallar Nazirliyinin xəbərdarlığına əməl olunmasın? Sadəcə, buna inanmaq olmur. Necə olur ki, hansısa bir çoxmənzilli binanın tikilməsi və yaxud istsimara verilməsi zamanı sözügedən nazirliyin rəyi olmasa, sahibkarlar bir addım ata bilmirlər, indi isə deyilir ki, guya, xəbərdalıq olunub. Nazirliyin fəaliyyəti elə xəbərdarlıq etməkdən ibarətdir ki? Xəbərdarlıqların ardınca niyə ciddi tədbir görülməyib, sözügedən ticarət mərkəzinə cərimə təyin olunmayıb, yaxud fəaliyyəti dayandırılmayıb? Problemi bilib, onu həll etməmək elə sözügedən nazirliyin özünün ciddi səhvdir ki, nəticədə minə yaxın ailə işsiz qalıb.

Ticarət mərkəzinə xəbərdalıqlar başa düşüləndir, görəsən, niyə Nizami Rayon İcra Hakimiyyətinə mərkəzdə yanğın təhlükəsizliyi qaydalarının pozulması ilə bağlı xəbərdarlıqlar göndərilməliydi ki? Görünür, bu açıqlama ilə “fövqəlnazir” məsuliyyəti ticarət mərkəzinin rəhbərliyi ilə yanaşı, icra hakimiyyətinin də məsuliyyəti bölüşməsini istəyir, özü isə yaxasını kənara çəkir.

Əslində, bu açıqlama ilə K.Heydərov məsuliyyətdən yayınmaq istsəsə də, ictimaiyyətin nəzərində daha gülünc bir duruma düşdü. Çox güman ki, ölkə rəhbərliyi də “fövqəlnazir”in bu açıqlamasındakı yalanları bilir. Odur ki, yaxında bu məsələ ilkə bağlı ciddi qərarların qəbul olunacağı gözləniləndir…

 

“Onun kurasiya etdiyi sahədə baş verən hadisələr niyyətli hadisələrdir”

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev fövqalədə hallar naziri K.Heydərovun “Fövqəladə Hallar Nazirliyi tərəfindən 2015-ci ildən başlayaraq ticarət mərkəzinə və Nizami Rayon İcra Hakimiyyətinə mərkəzdə yanğın təhlükəsizliyi qaydalarının pozulması ilə bağlı xəbərdarlıqlar göndərilib” açıqlaması ilə bağlı fikirlərini “Hürriyyət”lə bölüşdü:

“Eyni sözləri həmin şəxs Mingəçevir yarımstansiyası yananda da demişdi ki, “bizim yazılı xəbərdarlıqlarımız olub, o xəbərdarlıqlara əməl edilməyib”.

İndi də təxminən eyni sözləri təkrar edir. Amma bu, həmin nazirin yarım fərdiləşdirilmiş sistemə malik olan bir nazirlikdir və göründüyü kimi, onun kurasiya etdiyi sahədə baş verən hadisələr niyyətli hadisələrdir və ölkə üzrə fəsadlara səbəb olur. Necə ki, Mingəçevirdə olan hadisə səbəbindən bütün paytaxt qaranlığa qərq olundu, ölümlə müşayət olundu, indi də təxminən minə yaxın ailədən çox adam dolanışıqsız qalıb, iş yerini itirib. Mənim fikrimcə, bu adam prezidenti aldadır, yalan məlumat verir. Çünki yazılı xəbərdarlıq məktublarına cavab verilməyən zaman həmin nazirliyin səlahiyyəti var ki, bu mərkəzin fəaliyyətini dayandırsın. Çünki onların səlahiyyətləri genişdir. Əgər müvafiq qurum yazılı xəbərdarlığa cavab verimirsə, göstərişləri icra etmirsə, deməli, o qurumun fəaliyyəti dayandırılmalıdır. Əgər bu qurumun fəaliyyəti dayandırılmırsa, deməli, burada məhz həmin nazirliyin öz funksiyalarını ica etməməsi, səhlənkarlığı var. Baxın, həmin nazir Mingəçevir hadisəsində eyni bəyanatı verir. Etibar Pirverdiyevə deyir ki, biz onlara xəbərdarlıq etmişdik. “Azadlıq” prospektində bina yananda deyir ki, “biz bu materialları istehsalata götürən zaman bunlara sertifikat vermişik, o vaxtı keyfiyyətli materillar idi, binanın üstünü örtən zaman isə saxta materiallardan istifadə olunub”. Amma həmin müşavirədə demir ki, biz o binaların istismara verilməsi zamanı istismar aktı imzalayırıq. İstismar aktının da imzalanmasına və örtük materillarının keyfiyyətinə də həmin istismar aktını imzalmaqla bu nazirlik üzərinə məsuliyyət çəkmişdi. İndi də bu “Diqlas” ticarət mərkəzində yanğınla bağlı “bizim məktublarımıza cavab vermədilər” kimi bəsit bəyanatla altından çıxmağa təşəbbüs göstərməklə, ya prezidenti aldadır, ya da ki, görüntü yaratmağa çalışır ki, guya, fəaliyyətdədirlər. Bu, məsuliyyətdən yayınmaqdan başqa bir şey deyil”.

 

Image result for Æli Æliyev

“Mən yalan təqdimatları görürəmsə, onu prezident görməyə bilməz”

“Sözügedən nazirin bu tip bəyanatları olduğu halda, yəni qeyd etdiyiniz kimi prezidenti aldatdığı ortada olduğu halda nə üçün K.Heydərovla bağlı ölçü götürülmür” sualına Ə. Əliyev belə cavab verdi:

“Mən deyə bilmərəm ki, o adam prezidenti aldadırsa, prezident özünü aldadılmış kimi göstərir. Onu müəyyən etmək mənim üçün çətindir. Əgər mən uzaqdan uzağa burada yalan təqdimatları görürəmsə, onu yaxından prezident görməyə bilməz”.

“Dəymiş ziyanın dövlət büdəcəsi hesabına ödənilməsi yenə yanlış siyasətdir”

 

Image result for Diqlas

“Diqlas” ticarət mərkəzində malları yanan sahibkarlara dövlət büdcəsindən kompensasiya verilməsi ilə bağlı Ə. Əliyev vurğuladı ki, bu, tamamilə yanlışdır:

“Hökumət yükü öz üzərinə çəkməməlidir. Bank kreditləri ilə bağlı kompensasiyanı da çəkdilər, dövlətin üzərinə qoydular. Əslində, bunu bankların məsuliyyəti, ziyanı kimi verməliydilər. Ancaq bank özlərinə məxsus olduğuna görə bunu bizim, yəni vətəndaşların cibindən çıxardıb, dövlət büdcəsindən ayırıb, kompensasiya kimi ziyan görmüş insanlara təqdim etdilər. İndi də bu yanğın nəticəsində dəymiş ziyanın dövlət büdcəsi hesabına ödənilməsi yenə yanlış siyasətdir. Çünki hökumət fərsiz hökumətdir. Bu fərsiz hökumətin fəaliyyətsizliyi nəticəsində həmin iş adamları zamanında sığortalanmayıb və biznes sferasının sığortalanmaması hökumətin fəaliyyətsizliyinin ən ciddi bariz nümunəsidir”.(Hurriyyet.org)

 

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net