Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İnsanlar bu idarəetmədən artıq usanıb

2-05-2019, 09:30   

Eldar Sabiroğlu

Ölkədə hakimiyyətin fəlsəfəsi elə qurulub ki, indi onu “qala divarları” arasından çıxarıb yeni məcraya yönəltmək üçün proqressiv yolların aranıb axtarılmasının özü çox çətindir və bunun başqa əlavə problemlər yaradacağını da istisna etmək olmaz. Qarşıdakı hasarı bir təkanla aşmaq və ya onu qısa müddətdə ləğv etmək üçün görüntü naminə insanların şüuruna yeridilən güclü siyasi iradənin taqəti əslində xeyli dərəcədə azalmışdır. Hakimiyyət belə vəziyyətlərdə riskə əl atmağın nəticə etibatı ilə ciddi təhlükələr meydana çıxaracağını hesablamamış deyil. Bəs hansı səbəblər var ki, dövlət rəhbərliyini bəzən bizim də təsəvvür etmədiyimiz sərt imtahan önünə çəkir? Ölkənin çıxarlarına cavab verəcək sistem ümumiyyətlə varmı? Hakimiyyət onu yarada bilibmi?! Bu yerdə yalnız təəssüflənə bilərik. İdarəetmədəki mövcud dialektik uyğunsuzluqların kökləri dərinliklərə yeriyərək bir çox dəyərlərimizə elə zədələr yetirib ki, onu tezlikə müalicə edib ayaq üstə qaldırmağa vaxt tələb olunur. Müəllifi hakimiyyətin özü olan bu qorxunc tablonu seyr etdikcə hakimiyyəti atasından götürən prezident İlham Əliyevin normal yuxuya dalmasına inana bilmirəm. Onun narahatlığı başa düşüləndir. Həmişəkindən daha çaşqın halda olduğunu da duymamış deyiləm. Çünki istər zəlzələdən, istərsə də vəlvələdən bütün problemlərin altında dövlət başçısının imzası görünür.
Deməli, nə etməli?! Vəziyyətdən çıxış yolu kimi yenə də köhnəlmiş, sifətini pasax basmış metodların üzərində dayanmaq qərarı verildi. Beləliklə, insanları qorxutmaq və onları səksəkə altında saxlamaqdan başqa yolun olmadığını qətiləşdirən iqtidar zorakı metodların hərəkət sürətini yüksəltməyə başladı. Həbslər və işgəncələr, digər sərt təqib növlərinin tətbiqi hakimiyyətin fəlsəfəsində öz yerini nəinki qoruyub saxladı, hətta görünməmiş tərzdə tündləşdirildi.
Dünya dəyişib. Artıq belə metodlarla hakimiyyətin uzunömürlüyünü təmin etməyin olduqca açı nəticələr doğurduğunu inkar etmək mümkünsüzdür. İnsanların mütləq əksəriyyəti bu cür yanlış idarəetmədən usanıb. Əgər qabaqlar müəyyən ehtiyatlılıq müşahidə edilirdisə, indi bu əhval-ruhiyyə aradan demək olar ki, qalxıb
Daha cəmiyyətdə qorxu hissi yoxdur.
Fizikanın dəmir qanununa görə təsir əks təsiri yaradıb. Üçbucağın dairəsindən qurtulmaqdan ötrü aparılan kosmetik gəzişmələr səmərə verməyəcəkdir. Fundamental dəyişikliklər üçün ilkin və başlıca şərt yeni seçki qanunun qəbulunu və məhkəmə sistemində dərin islahatları tələb edir. Ki, buna da tam inamım yoxdur.

Azadlıq.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar