Ana səhifə

Bakının ildırımsürətli savaş planı: İrəvanın Gürcüstan yolu təlaşı

    Tarix: 25-06-2019 09:37   

Tiflisdəki olaylar səbəbindən işğalçı ölkəni Rusiyaya bağlayan sonuncu əlaqə də kəsilir; Ermənistanın sabiq baş naziri: “Azərbaycan kəşfiyyatı xeyli fəallaşıb, Bakı bizi müharibəyə vadar edəcək!..”

Gürcüstanda Rusiya və yerli hakimiyyət əleyhinə etiraz dalğası davam edir. Qonşu və strateji tərəfdaş ölkədə baş verənlər Dağlıq Qarabağ münaqişəsi kontekstində də maraq doğurur və diqqətə layiq hesab sayıla bilər. Ona görə ki, Rusiya bölgədə Ermənistanın əsas müttəfiqi və dayağıdır, işğalçı ölkənin xaricə əsas çıxışı, özəlliklə Rusiya ilə əlaqələri, yükdaşımalar müstəsna olaraq Gürcüstan vasitəsilə həyata keçirilir.

Son günlər isə Gürcüstanla Rusiya arasında nəqliyyat əlaqələrinin, aviaəlaqələrin kəskin məhdudlaşdığı müşahidə edilir. O səbəbdən baş verənlər İrəvanda ciddi təşviş yaratmağa başlayıb. Nədən ki, nəticə etibarilə Gürcüstandakı proseslər Ermənistanın blokadasını gücləndir ki, bu da Azərbaycanın maraqlarına cavab verir. Hətta daha bir uğurlu lokal hərbi əməliyyat aparmaq üçün Bakıya unikal fürsət yaradır...              

*****   

“Gürcüstanda çox maraqlı hadisələr cərəyan edir. Hələ də soyumayan anti-Kreml ovqatı səbəbindən Rusiya-Gürcüstan dəmir yolu və Ermənistanı Rusiyaya bağlayan Yuxarı Lars aşırımı bağlanıb. İrəvanla Rusiya şəhərləri arasında əlaqə müstəsna olaraq, hava vasitəsilə həyata keçirilir”.

Yuxarı Lars aÅırımı ile ilgili görsel sonucu

“Yeni Müsavat”ın məlumatına görə, bu həyəcanlı sözləri özünün facebook səhifəsində Ermənistanın keçmiş baş naziri və eks-deputat Qrant Baqratyan Gürcüstanda davam edən etirazları və situasiyanı şərh edərkən deyib.

Keçmiş hökumət başçısı daha sonra yazıb: “Gürcüstanda baş verənlərin (bizim üçün - ”YM") ciddi nəticələri ola bilər. Azərbaycan kəşfiyyatı hazırda xeyli fəallaşıb. Bakı quru yol marşrutlarının qapadılmasını nəzərə almaqla gürcü-rus münasibətlərini zondaj eləməyə çalışır. Axı bu, gürcülər üçün elə də qorxulu deyil. Ancaq nəticə etibarilə Rusiyanı Ermənistana bağlayan dəmir yolu əlaqəsinin qapanmasına  gətirəcək. Bunun ardınca Azərbaycan bizi müharibəyə vadar edəcək".

Karabakh osce ile ilgili görsel sonucu

*****

Göründüyü kimi, neçə vaxtdır Gürcüstan vasitəsilə özünə Rusiyadan əlavə dəhliz (Abxaziya dəmir yolu) açmağa çalışan, bu yöndə rəsmi Tiflisə müxtəlif reveranslar edən İrəvan indi onu əsas müttəfiqi ilə birləşdirən iki dəhlizdən - dəmir və avtomobil yolundan da məhrum olmaqdadır. Düşmənin təlaşı anlaşılandır. Azərbaycanla hərbi toqquşma variantında işğalçı ölkə Gürcüstana həm də yeganə xilas yolu kimi, Rusiyadan iqtisadi və hərbi kömək almağın tək imkanı kimi baxır.

(Abxaziya dÉmir yolu) ile ilgili görsel sonucu

Hərçənd bu dəqiqə Ermənistanın özündə də Rusiyaya münasibətdə əsla xoş ovqat hökm sürmür. Erməni toplumunda anti-Kreml əhvalı gürcü cəmiyyətindən heç də az deyil. Hər halda, Nikol Paşinyan dönəmində belədir və özünü vaxtaşırı şəkildə açıq surətdə büruzə də verir - baxmayaraq ki, Gürcüstandan fərqli olaraq, Ermənistan bütünlüklə Rusiyadan asılıdır, onun bölgədəki “hərbi qalası”, daha dəqiqi, vassalı statusundadır.

Ancaq Ermənistanın bir şeydə bəxti gətirməyib. Onun öz əsas havadarı Rusiya ilə quru sərhədi yoxdur və olan-qalan əlaqə də təbii ki, yalnız Gürcüstan vasitəsilədir. Düşmən ölkə həmçinin ondan narahatdır ki, hərbi gücü onsuz da üstün olan Azərbaycanla müharibə variantında Rusiyadan Gürcüstan vasitəsilə hərbi xarakterli yüklər də daşına bilməyəcək.

Ä°lgili resim

Ancaq Azərbaycanın şübhəsiz ki, Ermənistana hücum eləmək planı yoxdur. Buna hazırlaşmır da. Heç ordumuz qarşısında Dağlıq Qarabağa girmək kimi bir hədəf də qoyulmayıb, yoxdur. Çünki Dağlıq Qarabağ ətrafında 1-2 rayonun ildırım sürətilə azad edilməsi kifayətdir ki, separatçı rejimin başında duran kriminal-separatçı-terrorçu ünsürlər, oradakı erməni əsilli Azərbaycan vətəndaşlarını 30 ildir girov saxlayanlar başlarının dəstəsi ilə dağılıb getsinlər.

Yeri gəlmişkən, 2016-cı ilin “4 günlük” aprel savaşında onlar çamadanları hazır vəziyyətə gətirmişdilər. Bunu özləri, erməni qaynaqları yazmışdı. Bu dəfə çamadanları götürməyə fürsət qalmaya bilər...

Siyasət şöbəsi,
“Yeni Müsavat”


шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net