Ana səhifə

Bakının mərkəzində həmin zəhər ocağı yenə fəaliyyətdədir - QARA METAL MAFİYASININ “ÖLMƏZLİYİ...”,+VİDEO

    Tarix: 07-09-2019 09:32   
 

Bakının Nərimanov rayonunda, Nəsrulla Nəsrullayev küçəsi, 5 ünvanında “Bakı Elektriktökmə” ASC-nin ərazisində kustar metaləritmə sexləri yenidən aktiv fəaliyyətə keçib.

Virtualaz.org-a daxil olan videokadrlara əsasən sexlər günün günorta çağı havaya qara tüstü buraxır, yəni metal tullantılarının kustar üsulla əridilməsi prosesi gedir.

Bu ərazidəki kustar metaləritmə sexlərinin fəaliyyəti barədə reportyor qrupumuz ötən ötən il dəfələrlə reportajlar verib. Məlum olmuşdu ki, səhmləri Əmlak Məsələləri Dövlət Komitəsinə məxsus olan müəssisənin ərazisində icarə əsasında iki kustar metaləritmə sexləri (“Məhəmmədin sexi” və “Valehin sexi”) fəaliyyət göstərir. Həmin sexlər metal tullantılarının kustar üsulla əridilməsi yolu ilə armatur və “katenka” istehsalı ilə məşğuldur.

Reportyor qrupumuzun araşdırmalarından sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi həmin kustar sexlərin sahiblərini bir neçə dəfə cərimələmişdi. Nəhayət sexlərin fəaliyyətinin dayandırıldığı açıqlanmışdı və buna müəssisəyə növbəti dəfə baş çəkən əməkdaşlarımız da əmin olmuşdu.

Ancaq indi kadrlardan göründüyü kimi “Bakı Elektriktökmə” ASC-nin ərazisində kustar metaləritmə sexləri yenidən fəaliyyətdədir. Bu sexlərin əvvəlki şəxslər tərəfindən işlədildiyi, yaxud başqalarına icarəyə verildiyi hələ məlum deyil.

Kadrları araşdırılıb tədbir görülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etmişik. Naziliyin reaksiyasını daha sonra dərc edəcəyik.

Qeyd edək ki, həmin müəssisə şəhərin mərkəzində, Heydər Əliyev prospektindən və SOCAR qülləsindən bir neçə yüz metr məsafədə yerləşir.

Bakıda və ətraf qəsəbələrdə fəaliyyət göstərən onlarla kustar metaləritmə sexlərinin ətraf mühitə vurduğu zərbə, belə sexlərdə istehsal olunub heç bir texnoloji normalara uyğun gəlməyən armaturların tikinti təhlükəsizliyi üçün yaratdığı təhdidlər barədə dəfələrlə bəhs olunsa da, cərimələr tətbiq edilsə də belə görünür ki, qara metal mafiyası “ölməzdir”...

Virtualaz.org

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net