Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ATƏT-in media konfransı jurnalistlərin hüquqlarının təmin olunmasını tövsiyə edir

11-10-2019, 08:22   

 

Oktyabrın 9-10-da Tbilisidə "Cənubi Qafqazda dəyişən şəraitdə KİV azadlığı və jurnalistlərin təhlükəsizliyinin möhkəmləndirilməsi" mövzusunda 16-cı illik media-konfrans keçirilib. Tədbirin yekunlarına əsasən tövsiyələr paketi qəbul edilib.
Rəqəmsal texnologiyalar qlobal kommunikasiyaların genişlənməsinə, insanların informasiya qəbul etmək, öz fikrini söyləmək və dinləmək imkanları əldə etməsinə mühüm töhfə verib yaradıb.
İstifadəçilərin sayının dinamik artması, kontentin yaradılması və yayılması üçün görünməmiş imkanlar, eləcə də dezinformasiya və "saxta xəbərlər" daxil olmaqla, rəqəmsal texnologiyalar kontekstində yaranan problemlər rəqəmsal medianın rolunu artırır.
Media sənayesi xəbərlərin yaradılması və yayılmasına, kontekst üzərində nəzarətin qurulmasına mövcud yanaşmaları yenidən nəzərdən keçirməyə məcburdur.
Bununla əlaqədar Cənubi Qafqaz regionu dövlətləri aşağıdakılara çağırılıb:
İnsan hüquqları haqda beynəlxalq qanunlara uyğun olaraq ifadə və KİV azadlığının qorumaq və veb- saytların bloklanması kimi həddən artıq məhdudiyyətlərin tətbiqindən çəkinmək;
Medianın iqtisadi problemlərini həll etməklə, o cümlədən müasir media modellərinin rəqəmsallaşma və müasir biznes-modellərin adaptasiyası prosesi zamanı yerli KİV-in dəstəklənməsi yolu ilə KİV müxtəlifliyinə yardım etmək;
Media bazarında (kontentin istehsalı və yayılması, reklam mənbələrinə bərabər çıxış, sərbəst informasiya axını, İnternetdən maneəsiz istifadə daxil olmaqla) şəffaf rəqabətə xidmət edəcək mexanizmlərin qorunması və qanunların tətbiqi və ya gücləndirilməsi;
Jurnalistlər və media-təşkilatlar
Davranış kodekslərinin qəbulu və faktların yoxlanılması sistemlərinin tətbiqilə, habelə özünütənzimləmə sisteminin tətbiqilə peşəkarlığın və sosial məsuliyyətin artırılmasına;
Media savadlılığının artırılmasına investisiya qoyuluşuna və saxta xəbərlərlə mübarizəyə çağırılır.
Cənubi Qafqaz regionundakı iştirakçı-dövlətlər
Dövlət sərhədlərindən asılı olmayaraq məlumat axtarmaq, almaq və yaymaq azadlığına hörmət etmək, təşviq etmək və qorumaqla birlikdə ifadə və KİV azadlığı ilə bağlı ATƏT-in bütün öhdəliklərinin və beynəlxalq öhdəliklərinin tam yerinə yetirilməsinə çağırılır.
KİV azadlığı haqqında qanunlar beynəlxalq öhdəliklərə tam uyğunlaşdırılmalıdır ki, onlar jurnalistlərin öz işlərini həyata keçirmək imkanlarını məhdudlaşdırmasınlar.
Bundan əlavə, Cənubi Qafqaz ölkələri KİV-ə tətbiq edilən istənilən məhdudiyyətin beynəlxalq hüquqa uyğun olmasının təmin edilməsinə çağırılır.
KİV-i tənzimləyən orqanlar müstəqil, şəffaf və xalqa hesabatlı olmalıdır.
Jurnalistikanın yüksək standartlarını saxlayan, ictimai maraqlara xidmət edən güclü, müstəqil KİV-in mövcudluğu təmin edilməlidir.
Əgər jurnalist özü konfidensial məlumatı əldə edərkən hər hansı pozuntuya yol verməyibsə, jurnalistlərin öz informasiya mənbələrini qorumaq hüququna zəmanət verilməli, belə məlumatların dərcinə görə onlar təqib olunmamalıdır.
Turan

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar