Ana səhifə

Ukraynadakı səfirimizdən rüsvayçı müsahibə - Xudiyev gülüş hədəfi oldu - VİDEO

    Tarix: 24-10-2019 08:46   

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_dfgfhgjhj.jpg

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu ölkənin mətbuatında gülüş hədəfinə çevrilib.

Səfir A.Xudiyev Ukrayna tv-lərindən birinə verdiyi müsahibə zamanı biabırçı səhvlər buraxıb. Səfir Ukrayna ilə Azərbaycan arasında münasibətlərdən danışarkən əlaqələrin “hələ Kiyev Rus Dövləti zamanından” başlanğıc götürdüyünü və Azərbaycan məhsullarının Kiyev Rus Dövlətinə Volqa-Don kanalı vasitəsi ilə daşındığını deyib. Amma izah verməyib ki, həmin dövrdə olmayan bir kanal vasitəsi ilə mal daşımaq necə mümkün olub? Məsələ burasındadır ki, Kiyev Rus Dövləti eramızın 9-12-ci əsrlərində mövcud olub. Volqa-Don kanalı isə 1952-ci ildə tikilib. Görünür, səfirin tarixi bilikləri çox zəifdir.

Amma xətalar bununla bitmir. Azər Xudiyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT qətnamələrindən danışarkən də səhvə yol verib. Ukrayna mətbuatı yazır ki, səfir müsahibəsi zamanı BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi barədə qəbul etdiyi qətnamələrin sayını qarışdırıb. Belə ki, A.Xudiyev BMT-nin 5 qətnaməsi olduğunu vurğulayıb. Halbuki qətnamələrin say 4-dür. Səfirin Azərbaycanla bağlı qəbul edilmiş strateji sənədlər barədə məlumatsız olması təəssüfləndirici haldır...

Bundan başqa, A.Xudiyev Azərbaycanda qaçqınların sayını da dəqiq deməyib. O, qaçqınların sayını 1 milyon 200 min kimi göstərib.

Nəhayət daha bir xəta səfirin Ukrayna ilə Azərbaycanın eyni şəkildə ərazi itkisi yaşamasından danışarkən qeydə alınıb. Onun ölkələrin ərazi bütövlüyünü problem kimi qeyd etməsi təəccüblə qarşılanıb: “Təəssüf ki, Ukrayna da ərazi bütövlüyü faciəsi ilə üzləşib”. İndi biz cənab səfirdən soruşuruq: Ölkələrin ərazi bütövlüyü nə vaxtdan problem hesab olunur? Problem, ərazi bütövlüyünün pozulmasıdır. Siz, Azərbaycanı təmsil edən bir diplomat kimi belə kobud səhvə yol verməməlisiz. Bir müsahibə ərzində buraxdığınız ciddi səhvlərə görə, Ukrayna mətbuatında gülüş hədəfinə çevrilmisiniz. Deməli, sizin timsalınızda təmsil etdiyiniz ölkəyə gülürlər...

Biz deyək, siz yadınızda saxlayın: Azərbaycandanla, yəni o zamankı Şirvanşahlar dövləti ilə Kiyev Rus Dövləti arasında ticari əlaqələr Bakı-Xarkov qatarı vasitəsi ilə həyata keçirilib.

Zarafat edirik cənab səfir, o vaxt dəmir yolları hələ çəkilməmişdi...
 


Missiya.Azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net