Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Müğənni sevgililər parlamentə girə bilər, jurnalistlər yox?

2-11-2019, 09:08   

Bir az əvvəl müstəqil jurnalist Nurlan Qəhrəmanlı (Nurlan Libre) parlamentin mühafizə xidməti tərəfindən saxlanılıb. O, həmkarları ilə parlamentin qarşısına bir qrup insanın etiraz aksiyasını çəkmək üçün gəlib. Mühafizə xidməti onlara MM-nin düz qarşısında etiraz plakatlarını açan vətəndaşlara yaxınlaşmaq imkanı yaratmayıb. XDMX-nin əməkdaşları ilə mübahisə edən Nurlan Libre və onunla gəlmiş jurnalistlər saxlanılıb. Onları ərazidən uzaqlaşdırdıqdan sonra sərbəst buraxıblar, amma etiraz aksiyası keçirən vətəndaşlarla müsahibə almağa imkan verməyiblər.

Maraqlıdır, parlamentin qarşısına narazılığını ifadə etmək üçün gəlmiş vətəndaşların aksiyasını çəkmək mühafizəçiləri niyə bu qədər narahat edir ki? Adamlar kimi kimdən qoruyurlar? Parlamentdə oturanların işi insanların şikayətlərini dinləmək və onlara yardım etmək deyilmi? Görünür ki, belə deyil. Belə olsaydı, sosial şəbəkələr narazı insanların şikayət video-görüntüləri ilə dolub-daşmazdı. Belə olsaydı, Oqtay Əsədovun MM mühafizə xidmətinin rəisi olan qohumu Rəşad da bu gerçəyi anlayıb, jurnalistləri o şəkildə ərazidən qovdurmazdı. Anlayardı ki, parlament onun üçün müğənni sevgilisi Günayla gecə keçirmək məkanı deyil, “striptiz” deputatlara sadə insanların dərdlərini danışmaq, dinləmək və həll etmək üçün ayrılmış dövlət orqanıdır. Orda çəkiliş aparmaq da jurnalistlərin peşə hüququdur.

Aydın

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar