Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycan əmək haqqına görə MDB-də sonuncu sıralardadır

29-12-2019, 11:06   
 



İqtisadçı: “Bu göstərici sentyabr artımları nəzərə alınmaqla hesablansa belə, yenə önə keçə bilmir”
Azərbaycan orta aylıq əmək haqqı göstəricisinə görə Müstəqil Dövlətlər Birliyində (MDB) sonuncu sıralardadır.
Bu barədə MDB Statistika Komitəsinin məlumatında bildirilib. Bu ilin yanvar sentyabr aylarında Azərbaycanda orta aylıq əmək haqqı 320 avro və ya 355 dollar təşkil edib. Bu rəqəm Gürcüstanda 358 avro (399 dollar), Ermənistanda 335 avrodur (372 dollar).
Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, Azərbaycan orta aylıq əmək haqqı göstəricinə görə MDB məkanında autsayderlər sırasındadır.
"355 dollarlıq orta aylıq əmək haqqı göstəricisi ilə Azərbaycan qonşu Ermənistan və Gürcüstandan geri qalır. Üstəlik, bu göstərici sentyabr artımları nəzərə alınmaqla hesablansa belə, yenə önə keçə bilmir. Azərbaycan əmək haqqı göstəricisinə görə MDB məkanında yalnız Qırğızıstan, Özbəkistan və Tacikistandan irəli çıxa bilib. Rusiya, Belarus, Qazaxıstan, Ukrayna, Moldova və qonşu Qafqaz ölkələrindən geri qalır".
 

Keçmiş sovet respublikalarında əmək haqqıAzərbaycanda son bir ildə əhalinin əksər qruplarının maaş və pensiyaları bir qədər artırılıb.
Sentyabrın 1-dən ölkədə orta aylıq əmək haqqı da qaldırılıb. Sosial islahat paketi çərçivəsində gələn il isə bazara daha üç milyard manat atılacaq. Ümumilikdə hökumət bu artımın 4.2, milyon vətəndaşı əhatə etdiyini deyir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, son bir ildə inflyasiya 2,6 faiz olub.
Rəsmi məlumatda deyilir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları təqribən 3 faiz, qeyri-ərzaq məhsulları isə bu ötən bir ildə bir faiz bahalaşıb.
Müstəqil ekspertlər maaş artımı ilə bərabər qiymətlərin də bahalaşdığından artımın insanların həyatında böyük dəyişiklik etmədiyini söyləyirlər.
Mənbə: Meydan tv


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar