Ana səhifə

Türkiyə Ordusu İdlibdə hücuma keçdi

    Tarix: 28-02-2020 10:23   

 

Qəhrəman əsgərlərimizin qanı yerdə qalmayacaq. Hazırda hava və qurudan Suriya rejiminin bütün hədəflərinə zərbələr endirilir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu açıqlamanı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun yayıb.

O bildirib ki, zərbələr endirilməkdə davam edəcək: "Suriya ordusunun bütün bilinən hədəflərinə hazırda zərbələr endirilir.  Suriyadakı fəaliyyətimiz bayrağımıza uzadılmış əllər qırılana qədər davam edəcək. Astana sammiti tərəfləri başda olmaqla, bütün beynəlxalq toplumu üzərinə düşən məsuliyyəti yerinə yetirməyə çağırırıq".

Qeyd edək ki, bu gün Suriya ordusunun hücumu nəticəsində 29 türk əsgəri şəhid olub, 36 yaralı var.


шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net