Ana səhifə

Şəhla Hümbətova: "Azərbaycanda cəzalandırıldım, Amerikada mükafatlandırıldım"

    Tarix: 05-03-2020 10:45   
 
Çərşənbə axşamı ABŞ Dövlət Departamenti bəyan edib ki, azərbaycanlı vəkil Şəhla Hümbətova "Cəsarətli qadınlar” illik mükafatının (IWOC)  on iki qalibindən biridir.

2007-ci ildən ABŞ dövlət katibinin mükafatı bütün dünyada  sülh, ədalət, insan hüquqları, gender bərabərliyi, qadınların hüquq və imkanlarının artırılması uğrunda mübarizədə çox vaxt  risk və təhlükəyə məruz qalaraq müstəsna cəsarət və liderlik nümayiş etdirən qadınlara verilir.

Ş.Hümbətovaya və müxtəlif ölkələrdən 11 qadına IWOC mükafatı martın 4-də Vaşinqtonda təqdim ediləcək.
 
Turan-ın Vaşinqton müxbirinin məlumatına görə, tədbirdə dövlət katibi Mayk Pompeo iştirak edəcək, birinci xanım Melaniya Trump isə xüsusi açıqlamalarla çıxış etməlidir.

Şəhla Hümbətova 2013-cü ildən vəkil kimi çalışır və "əsas azadlıqlarını həyata keçirdiyinə görə həbs təhlükəsi ilə üzləşən şəxsləri müdafiə edən azsaylı vəkillərdən biridir”.

"O, hüquq müdafiəçiləri, jurnalistlər, blogerlər, gənc fəallar, siyasi müxalifətin üzvlərini və digərlərini cəsarətlə müdafiə edib. O, digər vəkilləri də öz müttəhimlərini siyasi işlərdə müdafiə etməyə, LGBT nümayəndələrinin maraqlarını təmsil etməyə ruhlandırb”.

O, hüquq müdafiəçiləri və vəkillərin sosial şəbəkələrdə müntəzəm olaraq təqib və təhdidlərə məruz qaldığı, hüquqi praktikadan uzaqlaşdırıldığı və hüquqlarından məhrum edildiyi mürəkkəb şəraitdə bu cür işlərlə məşğul olan iki qadın hüquqşünasdan biridir, məlumatda deyilir.

Vaşinqton vaxtı ilə saat 10:00-da keçiriləcək mərasim www.state.gov saytında birbaşa efirdə yayımlanacaq.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net