Ana səhifə

Fəzail Ağamalı haqqında danışmağıma layiq adam deyil

    Tarix: 21-05-2020 11:17   

 

Deputat AXCP sədri haqqında ittihamlar səsləndirib
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı AXCP sədri Əli Kərimli haqqında ittihamlar səsləndirib.
Fəzail Ağamalı Əli Kərimlinin anti-Azərbaycan qüvvələri tərəfindən istiqamətləndirildiyini və hakimiyyət daxilindəki yüksək vəzifə sahibləri tərəfindən maliyyələşdirildiyini iddia edib.
Bu ittihamları deputat “Space” televiziyasına müsahibəsində səsləndirib.
Fəzail Ağamalı bildirib ki, Əli Kərimli və onun avantürist, anarxist dəstəsi bir tərəfdən anti-Azərbaycan qüvvələri tərəfindən təşviq olunur, istiqamətləndirilir və ona maliyyə yardımı göstərilir. Başqa tərəfdən oliqarxlar varidatlarını daha da genişləndirmək üçün ona dəstək verirlər:
“Baxın, sonuncu mitinq niyə təxirə salındı? Ona görə ki, Kərimlini himayə edən adam hakimiyyətdən getdi”.
Həmin adamın kim olması sualına, Fəzail Ağamalı “özünüz tapın” deyə cavab verib.
Meydan TV deputatın ittihamı ilə bağlı AXCP sədri Əli Kərimli ilə əlaqə saxlayıb.
Əli Kərimli deputatın söylədiklərinə reaksiya vermək istəmədiyini bildirib:
“Mən Fəzail Ağamalı haqqında heç nə danışmaq istəmirəm. Bu adam ona layiq deyil ki, mən haqqında danışım”.



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net