Ana səhifə

“Oqtay Əsədov deputatlardan üzr istəyib dərhal istefa verməlidir”

    Tarix: 01-05-2019 19:49   






 
“Azərbaycan hakimiyyətindəki bu cür məmurlar  baş qaxıncıdır. Yəni bunun ətrafı ilə prezidentə təzyiq göstərirlər. Təzyiqlərin də arxasında çox ciddi, müəmmalı məqsədlər güdülür”. 

Bunu Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev “Yeni Sabah”a açıqlamasında Milli Məclisin sədri Oqtay Əsədovun yayılan mülk siyahısı ilə bağlı danışarkən deyib. O bildirib ki, Oqtay Əsədovun başqa ölkələrdə mülklərinin üzə çıxması  dövlətin birinci şəxsinə olan təzyiqlərin həmləsidir:

“Düşünürəm ki, Oqtay Əsədovun və digərlərinin mal-mülklərinin bu cür üzə çıxması Azərbaycan hakimiyyətinə yaxşı gələcək vəd etmir. Məsələn, Oqtay Əsədovun həyat yoldaşının Rusiyada striptiz klubun sahibəsi olması faktından sonra Azərbaycanda onun kimi məmurlar istefa verməlidir. Onların mənəviyyatı , şəxsiyyəti imkan vermir ki, sərbəst şəkildə getsinlər. Oqtay Əsədovun arvadının pritonu Moskvada üzə çıxandan sonra gərək o, təcili şəkildə Milli Məclisdə rəhbərlik etdiyi deputatlardan üzr istəyib ölkəni tərk etməli idi. Amma bu, mümkün deyil.  

Ona görə istər-istəməz bütün nəzərlər birinci şəxsin üzərinə fokuslanır. Oqtay Əsədovun adını çəkmirlər, amma Azərbaycanda korrupsiya, rüşvətin baş alıb getdiyi deyilir. Bunun hamısı birinci şəxsə qarşı təzyiqin bir formasıdır.

Həmişə demişəm , bu gün də deyirəm – Azərbaycanda Milli Məclisin sədri başda olmaqla hökumətin digər üzvləri  prezidentə utanc gətirən hallara yol verirlər. Onların vaxtilə özləri, bu gün də nəvələri insan öldürməklə, başqa dövlətlərdə mal-mülk almaqla Azərbaycanı korrupsiyada birinci-ikinci yerə çıxarır. Bu cür insanlardan azad olmağın vaxtı çoxdan çatıb. Bunlar təcili ölkəni tərk etməlidir”.

H.Hacıyev düşünür ki, Milli Məclisin spikeri təcili istefa verməlidir:

“Dəfələrlə mənə deyirlər ki, nəyinə lazımdır, bu cür faktları açıqlayırsan. Birincisi, ölkə prezidentini ideoloji baxımından bütün hədəflərdən, təxribatlardan, atılan çirkablardan qorumaq borcumdur. Digər tərəfdən dövlət başçısı vətənini, xalqını sevən, millətindən ötrü çalışan bir insandır. Onun da bəxtinə elə düşüb ki, ətrafındakıların hamısı julik, bandit, rüşvətlə böyümüş insanlardır. Bu cür insanlardan xilas olmaq üçün xalqımız İlham Əliyevin arxasında durmalı, prezidentin ideyaları ətrafında birləşməlidir. 

Biz buna apardığımız işlərlə nail olacağıq. Partiya olaraq həyata keçirdiyimiz  işlərlə bunlara ciddi şəkildə təpki göstəririk və göstərəcəyik. Hər halda düşünürəm ki, Oqtay Əsədov təcili istefa verməlidir. Onun ermənilər arasında “məni prezident edin, qərbi azərbaycanlılar məni müdafiə etmir” kimi şayiə yayması da birbaşa dövlət başçısına xəyanətdir və bunu heç vaxt ona bağışlamaram. Kim məni nə cür adlandırır adlandırsın, imkan verməyəcəm ki, rəhmətlik ulu öndər Heydər Əliyevin çörəyini yeyənlər, onun vasitəsilə vəzifəyə yüksələnlər prezidentə xəyanət etsinlər”. 
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net