Ana səhifə

ATƏT-in nümayəndəsi “Real TV”-ni qınayıb - “Belə şeylər ciddi narahatlıq doğurur, bunlar təhlükəli və qeyri-etikdir”

    Tarix: 04-05-2019 10:29   
 

ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Arlem Dezir jurnalistin şəxsi həyatına müdaxiləyə və təhqir məzmunlu verilişin efirə buraxılmasına görə “Real TV” telekanalını pisləyib.
“Belə şeylər ciddi narahatlıq doğurur, bunlar təhlükəli və qeyri-etikdir. Bu, həmçinin jurnalistin şəxsi toxunulmazlıq hüququnu pozur”, - A.Dezir “Twitter” hesabında yazıb.
Söhbət sözügedən telekanalın rəhbəri Mirşahin Ağayevin müəllif proqramından gedir. O, ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızını heç bir fakt gösətrmədən Amerikanın xüsusi xidməti ilə əməkdaşlıqda və dövlət maraqlarına xəyanətdə ittiham edib.
M.Ağayev həmçinin S.Osmanqızının şəxsi yazışmasını efirə verərək onu əxlaqsız davranışda ittiham edib.

 Meydan TV

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net