Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Düşmənin Qarabağdan da qorxulu problemi – “Gellup”dan xəbərdarlıq

24-05-2019, 09:06   

Ermənistanda işsizlik və yoxsulluq inqilabdan keçən bir ildə azalmayıb; “atı arabanın dalına” bağlayan Paşinyan komandasında isə üstəlik, “yarpaq tökümü” başlayıb; istefa verən nazir müavini: “Sərkisyandan fərqin yoxdur...”  

Nikol Paşinyan hökuməti üçün deyəsən, “cücələr payızdan da tez”, lap elə bu yay sayılmağa başlanacaq. Çünki inqilabçı baş nazirə ölkədə dərin islahatlar aparmaq üçün verilən “qızıl vaxt”, möhlət bitməkdədir. Bu isə Nikol Paşinyan üçün hər şeydən öncə “toxunulmazlıq” dönəminin bitməsi deməkdir.

Nəticələr isə yumşaq deyilsə, Nikol və komandası üçün ürəkaçan deyil - istər daxili siyasət və islahatlar sferası  olsun, istərsə də xarici siyasət kursu üzrə. Üstəgəl, eks-prezident Robert Köçəryanın az öncə müəmmalı şəkildə həbsdən buraxılması göstərdi ki, Paşinyan bu günə kimi özünə heç etibarlı və monolit komanda da qura bilməyib.

Ötə yandan, təyin etdiyi hakimlər, məmurlar onun üzünə ağ olmağa, baş naziri saymamağa başlayıblar. Dünən istefa verən ekologiya nazirinin müavini Ayser Kazaryan o sırada hələlik sonuncudur. Nazir müavini bu barədə özünün facebook səhifəsində yazıb və Nikol Paşinyan hökumətini ədalətsizlikdə ittiham edib, indiki hökumətin Serj Sərkisyan hakimiyyətindən fərqlənmədiyini qeyd edib (teleqraf.com). Sitat: “İstefa məktubumu yazdım. İnqilab davam edir, keçmiş hakimiyyətin ”ədalət prinsipləri" isə qalır, bunu rədd edirəm".

O, istefa məktubunu birbaşa Paşinyana təqdim edib. Kazaryan ötən il iyunun 21-də bu posta təyin edilmişdi...

*****  

âGallup Ä°nternational Associationâ ÅirkÉti ile ilgili görsel sonucu

Bu arada ABŞ-ın “Gallup İnternational Association” şirkəti Ermənistanda sosioloji araşdırma aparıb. Sorğu işğalçı ölkə vətəndaşlarını ən çox narahat edən məsələləri üzə çıxarıb (virtualaz.org). Araşdırmanın nəticələri sensasion sayıla bilər. Çünki erməniləri ən çox narahat edən problemin Qarabağ yox, işsizlik olduğu üzə çıxıb.

Belə ki, rəy sorğusuna əsasən Ermənistan vətəndaşlarının 45 faizi dövlət üçün ən ciddi problemin işsizlik olduğunu düşünür. Qalan 40.5 faiz isə ölkədəki iqtisadi situasiyanı narahatedici hesab ediblər. Rəyi soruşulanların 26.8 faizi aşağı maaşlardan və pensiyalardan narahatdır.

Qarabağ məsələsi isə erməniləri narahat edən ən başlıca məsələlər arasında 4-cü yerdədir. Vətəndaşların cəmi 26.1 faizi Dağlıq Qarabağ məsələsini Ermənistan üçün ən vacib hesab edib. Qalan üç məsələ isə mühacirət, korrupsiya və terrorçuluqdur.

âGallup Ä°nternational Associationâ ÅirkÉti ile ilgili görsel sonucu

“Biz vətəndaşlardan hazırda dövlətimiz qarşısında dayanan ən mühüm vəzifələri sadalamağı xahiş etdik. 45 faiz işsizliyi göstərdi, 40.5 faiz iqtisadi situasiyanı, 26.8 -faiz aşağı pensiya və maaşları, 26.1 faiz isə Dağlıq Qarabağ problemini” - “Gallup İnternational Associations”un tamhüquqlu üzvü olan “MPG” MMC şirkətinin direktoru Aram Navasardyan mayın 22-də keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ən vacib problemlər sırasında rəyi soruşulanların 10.5 faizi mühacirəti, 7.4 faizi korrupsiyanı göstərib. Terrorçuluq isə çox az sayda ermənini narahat edir- cəmi 0.2 faiz.

Ä°lgili resim

“Gallup”un sorğusunun nəticələri göstərir ki, işğalçı ölkədə ötən il baş verən inqilabi proseslərin kökündə məhz iqtisadi səfalət, yoxsulluq və işsizlik dayanıb. İqtidardakı qüvvələr üçün isə Dağlıq Qarabağ məsələsi ancaq hakimiyyətlərini qoruyub saxlamaq yolunda manipulyasiya alətidir...

*****

ermÉnistanda iÅsizlik ile ilgili görsel sonucu

Göründüyü kimi, inqilabdan ötən 1 ildə ermənilərin əsas problem saydığı işsizliklə bağlı ciddi heç bir iş görülməyib. Ölkədə yoxsulluğun səviyyəsi yenə yüksək olaraq qalır. İşsizlik həmçinin ölkədən kütləvi köçü stimullaşdıran əsas amil olaraq qalır. Bu da öz növbəsində Ermənistanda orduya çağırışçı problemini aktual edir.      

Paşinyan hökumətinin bu “1 nömrəli” problemi necə çözəcəyi çox maraqlıdır. Məsələ ondadır ki, işsizlik ermənilərin “4-cü məsələ” saydığı Qarabağ konflikti ilə birbaşa bağlıdır. Çünki Qarabağ konflikti həll edilmədikcə iki əsas qonşu - Azərbaycan və Türkiyə ilə sərhədlər bağlı qalacaq, Azərbaycan və Türkiyənin iri sərmayələrinin Ermənistana yatırılması mümkün olmayacaq, dünya okeanına çıxışdan məhrum, blokadada olan Ermənistanla hərtərəfli iqtisadi-ticari əlaqələr qurulmayacaq. Nəticədə Ermənistanda çoxsaylı iş yerləri açmaq və yoxsulluğu azaltmaq baş tutmayacaq. Yekun etibarilə Ermənistanın boşalması davam edəcək.

Demək, işsizlik əslində işğalçı ölkə üçün Qarabağdan da qorxulu problemdir. Əgər Nikol Paşinyan gerçəkdən də öz xalqının rifahını istəyirsə, o zaman öz xalqı ilə səmimi və açıq danışmalı və ən əvvəl problemlərin problemi sayılan Qarabağ məsələsinin həllinə girişməlidir, nəinki “atı arabanın dalına” bağlamalıdır.

Yəni Paşinyan hökuməti səbəbləri qoyub nəticələrlə mübarizə aparmamalıdır. Ermənistandakı total işsizlik, ölkədən kütləvi emiqrasiya isə səbəb deyil, məhz acı nəticələrdir. Azərbaycanla 30 illik müharibənin və müharibə vəziyyətinin yaratdığı ağır sonuclardan yalnız biridir.     

*****

Təsadüfi deyil ki, artıq Ermənistanda Paşinyanın iqtisadi kursuna açıq etirazlar baş qaldırmağa başlayıb. Məsələn, dünən İrəvanda taksi sürücüləri mayın 1-dən maye qazın bahalaşmasına etiraz olaraq, aksiya keçiriblər. Aksiya ölkənin üçüncü böyük şəhəri olan Vanadzorda keçirilib.

Aksiya iştirakçıları etiraz əlaməti olaraq avtomobillərini Lori vilayətinin mərkəzi binasının, Vanadzor şəhər merliyinin qarşısındakı “Ayka” meydanında saxlayıblar. Sürücülər maye qazın bahalaşmasına etirazlarını bildirib, onun ucuzlaşdırılmasını tələb ediblər. Eyni zamanda səlahiyyətli orqanların nümayəndələri ilə görüşmək istədiklərini bildiriblər.

“Yeni Müsavat” xatırladır ki, bu il yanvarın 1-dən Rusiya Ermənistana satdığı təbii qazı hər min kub metrini 15 dollar bahalaşdıraraq, 165 dollara çatdırıb. Ancaq bu bahalaşma son deyil. Tərəflər arasında neçə vaxtdır yeni müqavilənin bağlanması üçün danışıqlar gedir və belə görünür, Moskva İrəvana, Paşinyan hökumətinə ciddi güzəştə hazırlaşmır. Əksinə, Ermənistanın qaza olan ehtiyacını öz əlində ona qarşı güclü siyasi təzyiq rıçaqı kimi saxlayır...        

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar