Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Deputat: Xəzərin hasarlanmış sahəsi bir nəfərin, bir neçə ailənin ixtiyarına verilə bilməz

28-06-2019, 08:41   
 

''Dənizin sahilini turizm zonasına çevirmək mümkündür''
"Xəzər dənizinin sahili başdan-başa hasarlanıb, insanların istirahətinə imkan verilmir. Qamışdan, taxtadan gecəqondularla oranı çimərliyə çeviriblər, sonra da obyektlərin hərəsi bir qiymət qoyur".
Deputat Fəzail Ağamalı parlamentin iclasında bu məsələni qaldırıb. O bildirib ki, qanunvericilikdə dəyişiklik edərək bununla bağlı sərtləşdirmə həyata keçirmək lazımdır:
"Dənizin sahilini turizm zonasına çevirmək mümkündür. Bu hasarlanmalar aradan qaldırılmalıdır. Xəzər dənizinin kilometrlərlə hasarlanmış sahəsi bir nəfərin, bir neçə ailənin ixtiyarına verilə bilməz”.

O, Xəzərin çirklənməsi məsələsinə də toxunub:
"Dənizinin Azərbaycan hissəsinə diqqət yetirsək, çox təəssüfedici mənzərə ilə üz-üzə qalırıq. Dəniz Nabrandan başlayaraq Abşeron ərazisinə qədər çirklidir. Bu natəmizlik aradan qaldırılmalıdır. Elə etmək lazımdır ki, dənizin sahilində ərazilər tam təmiz olsun və ətraf mühitə zərər yetirilməsin”.
Parlamentin vitse-spikeri Valeh Ələsgərov isə deyib ki, bu məsələlər qanunvericilikdə əksini tapıb, icrasını isə dövlət qurumları həyata keçirməlidir.
Müəlliflər: Meydan TV
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar