Ana səhifə

Sumqayıt Gömrük İdarəsinin rəisi general Vəzir Həsənov və oğlunun Avropadakı yeni biznes şəbəkəsi ..... - FOTOFAKT

    Tarix: 08-09-2019 10:52   
 



 
Teref.az olaraq müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənlinin Sumqayıt Gömrük İdarəsinin rəisi Vəzir Həsənovun və oğlunun Cexiyada milyonluq biznes şəbəkəısi aşkarlayaraq sosial şəbəkələrdə paylaşıb. Milyonlarla qiymətləndirilən bu biznes şəbəkəsinin bir gömrük məmurunun hansı qazancla qurduğu bir sual olsada, əgər belə biznes varsa və gizli deyilsə niyə onu Azərbaycanda qurmadığı daha bir sualdır.
Bu günlərdə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzovun kimlərinsə milyardları altlarına yığdığı və o pullarla nə etdiyi barədə dediyi fikirləri, bizim məmurların Azərbaycandan talayıb, Avropada yerləşdirdikləri var dövlətlərinin hansı təhlükə mənbəyi olduğunun göstəricisidir.
Teref.az xəbər verir ki, Cavanşir bəy yazır:
"Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev necə demişdir?
“Gömrükdə rüşvət olarsa, istefa verəcəm”

Səfər Mehdiyevin diqqətinə rüşvət, monopoliya və korrupsiyadan uzaq bir gömrük məmurunun Avropa ölkələrinin birində tikdirdiyi 4 mərtbəli binadan ibarət 34 mənzili kompleksin, 10 dükandan ibarət 850 kvadrat metrlik ticarət mərkəzinin və 300 kvadrat metrlik restoranın çertyojlarını çatdırmaq istəyirəm. Belə aydan arı, sudan duru generalı olan gömrük şefi heç vaxt istefa verməz.
Bilirsiniz o kimdir? Sumqayıt baş gömrük idarəsinin rəisi həmin Vəzir Həsənov. Azərbaycanda gömrük generalı, Çexiyada məşhur biznesmen.
Bəlkə Dövlət Gömrük Komitəsinin rəhbəri buna inanmayacaq. Ona görə cənab Həsənovun şirkətinin linkini də əlavə edirəm ki, özü də baxsın.
http://hasansons.eu/rajhrad.html?fbclid=IwAR1irpOVz5Rw9P0N8Ez23Q5vRI0ILYILU2P5RMkPEmm8g08Gr6tnMC3XU-A"

Zəruri qeyd: Teref.az olaraq yada salamaq istəyirik ki, bu Sumqayıt Gömrük İdarəsinin rəisi Vəzir Həsənov haqqında mətbuatda gedən və təkzib olunmayan yeganə araşdırma deyil. Vəzir Həsnov haqqında gedən bəzi materialları sizə təqdim edirik:
https://legion.az/18223--beyler-eyyubovun-ad%C4%B1ndan-istifade-eden-vezir-hesenov-kimdir.html

http://www.miq.az/az/sumqayit-gmruk-idaresinin-reisi-dvleti-bele-talayir-vezir-hesenov-ve-olu-exiyaya-milyonlar-cixardib/

http://qlobal.az/sumqayit-gmruk-idaresinin-reisi-dvleti-bele-talayir-vezir-hesenov-ve-olu-exiyaya-milyonlar-cixardib/#.XXSiey4za70
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az








шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net