Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Semaşko”nun baş həkimi iddialara cavab verdi: “Şirinlik alınıb, alınıb da”

27-09-2019, 10:42   


Ədalət Dadaşov

Xalq arasında “ Semaşko” kimi tanınan 1 saylı Şəhər Klinik Xəstəxanasını çoxları kasıb- kusubun ümid yeri adlandırır. Bu xəstəxanada müalicə insanlara bahalı ödənişli xəstəxanalara nisbətən daha ucuz başa gəlir. Qeyd üçün deyim ki, 1 saylı Şəhər Klinik Xəstəxanasında 760 çarpayı üçün 2 minə yaxın işçi çalışır. Onlardan 500-ə yaxını həkim, 800-ü orta tibb işçisi,700-ü isə kiçik tibb işçiləridir. Mərkəzdə 30 min adama stasionar, 50-60 min adama isə ambulator yardım göstərilir.


Lakin xəstəxanada nöqsanlar yox deyil. Yəqin bura yolu düşənlər yuxarıdakı yaxınlarını görmək üçün qapıçının, tibb bacılarının ciblərinə-5-10 manat qoymadan keçməyin mümkünsüz olduğunu yaxşı bilirlər. Bu günlərdə “Yeni Sabah” saytında xəstəxanada baş həkimin bir neçə həkimi qanunsuz yerə işdən çıxarması, bütün xəstəxana personalından rüşvət istəməsi barədə material yer aldı.

Xəbərdə deyilir ki, xəstəxananın işçiləri baş həkim Ədalət Dadaşovun idarəçiliyindən narazıdır. İddialara görə, baş həkim məcburi qaydada bütün əməkdaşlarına aylıq “haqq” qoyub. Baş həkimin hər ay hər şöbədən 3000 manat alır, hər həkim ayda 300 manat baş həkimə görüm- baxım edir. Həkimin xatirini xoş tutmayan bir neçə şöbə müdürlərinin qanunsuz yerə işdən atıldığı da məlumatda yer alıb.

Deyilənlərə aydınlıq gətirmək üçün xəstəxana ilə əlaqə saxladıq. Öncə xəbərdə iddia edildiyi kimi işdən qovulduğu bildirilən Neyrotravmatologiya şöbəsinin müdiri Əmirəli Yusifovla əlaqə saxladıq.

Əmirəli Yusifov bildirdi ki, o işdən çıxarılmayıb və hazırda xəstəxanadadır: ”Mən işimdən çıxarılmamışam. Sadəcə olaraq rəhbərlik etdiyim şöbə başqa bir şöbə ilə birləşdirilib, rəhbərliyə də Travmatologiya şöbəsinin rəhbəri gətirilib. Burda nə var ki. Xəstəxanada islahatar aparılıb. İnsan bəyəm ömrü boyu vəzifədə qalmalıdır? Semaşko xəstəxanası həmişə kasıb camaatın arxasında olub. Biz də olmayandan sonra görün vəziyyət necə olacaq, bu camaat hara gedəcək. Bu qədər böhtanı kim yazıb bilmirəm, amma düz yazmayıb. Mən öz adımdan deyirəm, kimin ehtiyacı var, gəlsin mən onu bir qəpiksiz müayinə edim. Adı çəkilən həkimlərin hamısı iş yerindədir. Deyilənlər kökündən yalandır”.

Xəstəxananın baş həkimi, haqqında həkimə yaraşmayan iddialar səsləndirilmiş Ədalət Dadaşovun da fikrini öyrənmək istədik. Ədalət Dadaşov Bizimyol.info-ya bildirdi ki, bütün bu deyilənlər iftira və böhtandan başqa bir şey deyil: ” Xəstəxananı, məni tənqid etmək olar. Amma bu qədər iyrəncliyə yol vermək olmaz. Bizim xəstəxanada söz yox ki, nöqsanlar, çatışmazlıqlar var. Amma mənim kimlərdənsə o qədər rüşvət almağım barədə deyilənlər sadəcə boş sözlərdir və mən belə söhbətlərə əhəmiyyət vermirəm. Kimsə ağa qara deyirsə mən durub sübut etməliyəm ki, ağ ağdır?”.

Xəstəxanda UZİ 20 manat, EKQ 30 manat, rentgen müayinəsinin 20-25 manat, kompüter tomoqrafiyası 50-80 manat, maqnit rezonans tomoqrafiyasının 80-120 manat olması barədə iddialara cavab verən baş həkim qeyd etdi ki, bu günə qədər adı çəkilən müayinələr pulsuz olub və pulsuz xidmət də davam edir. “Axı tibb bacılarının, sanitar işçilərin xəstə yaxınlarından şirinlik alması faktalrı var, bunun qarşısını almaq üçün hər hansı tapşırığınız olubmu?” sualımızı isə baş həkim belə cavablandırdı. “ Bilirsiniz elə şeylər var ki, onu insana tapşırmaq , göstəriş vermək lazım deyil, hər şey insanın öz vicdanından asılıdır. İnsanın öz daxili qadağaları olmaldır. Şirinlik alıb alıb da burda nə var ki. Kiminsə ləyaqətini ayaq altına almayıb ki. Bizim külli miqdarda çatışmazlıqlarımız var. Amma belə yox.”

İlhamə Rəsulova

Bizimyol.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar