Ana səhifə

Viaqradan ölən də deputat, viaqranı idxal edən də deputat…

    Tarix: 28-10-2019 09:24   
 
O, ölkəyə gətirilən saxta dərmanlara da nəzarət edir

Yaxın günlərdə araşdırmaçı journalist Cavanşir Həsənli FB səhifəsində belə bir məlumat paylaşmışdı: “Dərman şirkətlərindən biri Ukraynadan böyük miqdarda dərmanlar idxal edir və onları Ukrayna istehsalı kimi dərdinə əlac axtaran binəva xalqa sırıyır. Halbuki həmin dərmanları Odessada qeydiyyatdan keçmiş və Hindistandan bu ölkəyə gətirib qablaşdıran hind şirkətindən alır. Odessadakı hind şirkəti ilə bağlı kontrabanda və saxta dərman istehsalı ilə bağlı yerli hüquq-mühafizə orqanları dəfələrlə cinayət işi qaldırıb.Və o dərmanları Azərbaycana gətirib Ukrayna istehsalı kimi sırıyan adam oturub parlamentdə.” Jurnalist həmin deputatın adını açıqlamayıb, amma paylaşımın altında onlarla adam onun adını Cavanşir Feyziyev deyə qeyd edib. Dəhşətlidir, eləmi? Amma bu ölkədə dəhşətli olmayan nə qalıb ki, təəccüblənib əlini dizinə vurasan. C.Feyziyevin ölkəyə saxta dərmanlar gətirdiyi haqqında internetdə çoxlu sayda məqalə var. Lakin adam hələ də rahatca parlamentdə oturub işini görür.

 Onsuz da xeyli vaxtdır millət vəkilinin adı bir sıra qaranlıq işlərdə hallanır. Yazılanlara görə, bir neçə il əvvəl MTN-in keçirdiyi əməliyyat tədbirləri zamanı dərman qaçaqmalçılığına görə həbs olunan Anar Mustafayevlə deputatın yaxın əlaqələri var. O, xaricdən dərmanları deputatın “Avromed” şirkəti üçün gətirirmiş. C. Feyziyevin həm də Qafqazda ən böyük dərman deposuna malik olduğu deyilir. Ölkənin dərman biznesinin təxminən 80-85 faizinə bu şirkət nəzarət edir. Çindən keyfiyyətsiz dərmanları alıb İran vasitəsilə Azərbaycana gətizdirir, burada isə onu üzərində Almaniyada, Rusiyada istehsal olunduğu yazılan qutulara qoyduraraq baha qiymətə apteklərə paylatdırırlar.
Onun üçün “Porsche” bahalı avtomobil deyil, eynilə insan həyatı kimi…
Ölkənin gününə ağlayan lazım. Qidamız, suyumuz, havamız, dərmanımız –hamısı zəhər. İllərdir bir deputatın ölkəyə qanunsuz dərman gətirən şirkətə rəhbərlik etdiyi məlumdur və heç bir ölçü götürülmür. Pulun bütün dəyərlərdən, hətta insandan da üstün olduğu ölkədə başqa cür ola da bilməz. C. Feyziyev isə çox pullu adamdır və şübhəsiz, yuxarılar onun özünə deyil, puluna “aşiq olub” susur. Dərman alverçisi deputatın sürücüsü qəza törədən zaman dediyi sözləri unutmamısınız ki? Bu ilin əvvəlində sürücüsünün ona məxsus bahalı avtomobillə gənc qadını vurub öldürməsinə münasibət bildirərkən Feyziyev belə demişdi: ” “Porsche” nə vaxtdan bahalı maşın olub? “Porsche” orta qiymətə olan maşındır. Məgər deputatın “Porsche”-si ola bilməz? Burada qeyri-adi nə var?!” Deputat haqlıdır. Azərbaycan kimi yerdə deputatın bahalı avtomobilə sahib olması adi haldır. Burda nəinki deputatın bahalı avtomobilinə, insanları zəhərləməsinə, hətta maşınla vurub öldürməsinə də yaşıl işıq var.
Bunlar baş verməməsi üçün, Siz gərək bizimlə birlikdə etirazınızı bildirəsiniz. 2 Noyabr, saat 15 00dan axşamadək DİN binasının qarşısında!
azadliq.infoшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net