Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Vəkil Nemət Kərimli: "Vəkillər Kollegiyasından dedilər ki, prokurorluq şikayət göndərib"

8-12-2019, 11:57   

Vəkil Nemət Kərimli

Əsasən müxalif siyasətçiləri və jurnalistləri müdafiə etməklə tanınan vəkil Nemət Kərimli deyir ki, onun cəzalandırılması üçün prokurorluq Vəkillər Kollegiyasına şikayət göndərib.

Vəkil bildirir ki, Vəkillər Kollegiyasının İntizam komitəsinin bir üzvü ona zəng edib və deyib ki, prokurorluqdan onunla bağlı şikayət var.

Cənab Kərimlinin sözlərinə görə, ona bu şikayət YouTube sosial şəbəkəsində yayılan bir çıxış ilə bağlıdır deyilib.


"Təxminən dedi ki, Youtube kanalında Tofiq Yaqublu ilə bağlı nə isə demişəm. Mən də Tofiq Yaqublunun adından ona işgəncələr verildiyini bildirmişəm. O demişdi döyülmüşəm, bu məsələni ictimailəşdir. Mən də etmişəm", vəkil deyir.

Baş Prokurorluqdan BBC News Azərbaycancaya deyilib ki, məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra məlumat veriləcək.

Məsələ ilə bağlı Vəkillər Kollegiyasının mövqeyini öyrənmək mümkün olmayıb.

Nemət Kərimli baş verənləri "müstəqil vəkillərə qarşı hücumun tərkib hissəsi" adlandırır.


"Vəkillik fəaliyyəti haqqında qanuna görə, müdafiə etdiyim şəxsin mənafeyindən çıxış etməliyəm. Əgər müdafiə etdiyim şəxsin istəyini etməsəydim cəzalanmalı idim", cənab Kərimli deyir.

Nemət Kərimli Tofiq Yaqubludan başqa, həm də dövlət sərhəddini qanunsuz keçməkdə, qaçaqmalçılıqda və dövlət qulluqçusuna xəsarət yetirməkdə ittiham edilərək 6 il azadlıqdan məhrum edilən jurnalist Əfqan Muxtarlının vəkilidir.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti 2018-ci ilin aprelində Nemət Kərimlinin vəkillik fəaliyyətinin bir illik dayandırılması barədə qərar qəbul etmişdi.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar