Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Vidadi İsayevlə Zahid Orucu birləşdirən konyuktura və biznes - Bərdə “qan ağlayır...”

9-12-2019, 10:07   
 



Sosial Tədqiqatlar Mərkəzinin sədri, deputat Zahid Oruc ölkədə kadr dəyişiklikləri, Milli Məclisin buraxılması barədə elə danışır ki, özü bu sistemin sanki deputatı və vintciyi olmayıb.
Axı uzaq keçmiş də deyil və hörmətli Z.Orucun da yaddaşını təzələmək niyyətimiz yoxdur - onun istərsə iqtidardakı köhnə qvardiya nümayəndələrini necə səlis nitqiylə müdafiə etməsi, necə intellektual şəkildə əsaslandırmağa çalışması unudulmayıb, istərsə də parlament fəaliyyəti xatirimizdədir.
Anaxeber.info yazır ki, STM rəhbərinin millət vəkili kimi fəaliyyətini qiymətləndirmək üçün bir gün Bərdəni gəzmək, sorğu keçirmək kifayətdir. Siz narazılığın bütün müstəvilərinə şahid olacaqsınız: həm deputatın seçicilərinin problemlərinə münasibəti, həm yerli idarəetmə orqanı rəhbərinin (Bərdənin icra başçısı Vidadi İsayev) davranışlarına millət vəkilinin susqunluğu “ibrətamizdir”.
Çörçilin məşhur ifadəsi ilə desək, siyasətdə daimi dostlar olmur, maraqlar olur prinsipi Z.Oruc - V.İsayev tandemində öz əksini tapır. Millət vəkilinin bərdəlilərin üzləşdiyi qanunsuzluqları dilə gətirmək, rayon icra hakimiyyəti başçısının yol verdiyi özbaşınalıqları qabartmaq, ən azı STM-in hesabatında qeyd etmək imkanı olsa da, indiyə qədər üzərindən sükutla keçməyə üstünlük verib.
Nədən ki V.İsayevlə Z.Oruc məhz maraqlar, siyasi konyunktura naminə bir-birini əzməyiblər.
Hansı qanunsuzluqlardan, Bərdədə nə kimi məmur özbaşınalıqlarından söhbət gedir sualı verə bilərsiniz - ötən yazılarımıza, internet resurslarına gözucu nəzər kifayət edir.
İndi yenidən deputatlığa namizəd olub-olmayacağı bilinməyən Z.Orucla bərabər Bərdənin icra başçısı V.İsayevin bu rayonla vidalaşmasının vaxtı çatdığı deyilir.
Madam ki, ölkə üzrə iqtidarın gəncləşdirilməsi, şəffaflığın qurulması, idarəçilikdə özünü pis tərəfdən tanıdanların yola salınması modeli tətbiq olunur, o halda Bərdənin yeni icra başçısına və əhalinin problemlərinə diqqət göstərən millət vəkilinə ehtiyacı var.
Çünki Z.Oruc ən azı STM-in hesabatında obyektivliyi qorumağa çalışmışdısa, ilk növbədə deputatı olduğu rayonun problemlərini vurğulamalıydı. Hərçənd ki, Bərdə ən çox haqsızlıq edilən, qanun pozuntularına yol verilən rayonların başında gəlir.
Vidadi İsayevin şəhid ailələrinə, köçkünlərə, sahibkarlara, sadə insanlara etdiyi qanunsuzluqlar, qapıdan qovmalar, rayonu qarış-qarış söküb satmalar, yaşıllıqları, parkları məhv etmələr camaatı xirtdəyə qədər boğaza yığıb. Əfsus ki, regionlarda İH başçıları ilə bağlı dəyişikliklər hələ də Bərdəyə çatmayıb.
Bərdədə aztəminatlı ailələrin problemlərinə laqeydlik həm deputat Z.Oruc, həm başçı V.İsayev tərəfindən göstərilib. Açıq demək lazımdır ki, millət vəkili həmkarı Qənirə Paşayeva kimi seçicilərin, sakinlərin dərd-sərinə can yandırmayıb.
Bunun göstəricisidir ki, Xoşqədəmin verilişinə çıxan ailə icra başçısından şikayətlənmişdi. Görün, bərbad idarəçilik hansı miqyasda genişlənib və TV-yə qədər uzanıb.
Hətta xalq artisti Şeyx Əbdül Mahmudov demişdi: “Vidadi müəllimin ya işıqları sönüb, ya da televizoru xarabdır. Vidadi müəllim, aç o televizoru, yoxdursa, xahiş edirik, mətbuatda tap oxu”.
Anaxeber.info yazır ki, V.İsayevlə Z.Orucun bir-birinə güzəştə getməsinin səbəbi həm də biznes maraqlıdır.
İddialara görə, STM rəhbərinin Bərdədə “Lider inşaat” tikinti materialları satış mərkəzi, Yeni Daşkənddə pomidor istixanaları fəaliyyətdədir.
Həmin “parnik”lərdə yetişən pomidorlar Rusiyaya ixrac olunur. Ancaq Moskva pomidor idxalına qadağa qoymağa hazırlaşır, yəqin ki, təsirsiz ötüşməyəcək.
Əsas məsələ bu deyil, Bərdədə icra başçısı ilə deputatın yaxşı yola getməsi, kompromis tapmasıdır. Çünki V.İsayevin də Qırmızı Samux kəndində balıq gölləri var.
Bərdə rayonunun Samux və Mirzəcəfərli kəndləri ərazisində 500 hektara yaxın əkin sahəsi uizun illərdir ki, ciddi şəkildə, su qıtlığı ilə üzləşmiş, sahibkarlar xeyli ziyan çəkmişlər və çəkməkdədirlər.
Çünki bu kəndlərin torpaq sahələrini suvarmaq üşün Böyük Qarabağ kanalından ayrılan suyun xeyli hissəsi həbsdəki MTN generalı  Akif Çovdarovun həmin göllərinə axıdılır.
Mediada yayılan xəbərlərə görə, Bərdə RİH-nin başçısı Vidadi İsayev balıq göllərinə birbaşa özü nəzarət edir.
2011-ci ildən Bərdəyə rəhbərlik edən icra başçısı 8 illik fəaliyyətində nə əhalini, nə dövləti razı sala bilib. Gəncənin keçmiş başçısı Elmar Vəliyevin yaxın adamı olmuş Vidadi İsayev rayonda sanki özünə sui-qəsd yetişdirir.
Eynilə E.Vəliyev kimi hamı ondan boğaza yığılıb. Əslində, Gəncə və ətraf regionlarda İH başçılarının əksəriyyəti dəyişib, növbə Bərdənin olmalıdır.
Bərdəlilər soruşurlar ki, prezident kadr islahatları aparır, bəs bu rayonda niyə bivec məmur hələ də saxlanır? Bəlkə mərkəzi hakimiyyətin V.İsayevə gücü çatmır? Nə üçün başçı insanları bu qədər incidir?
V.İsayev həmin məmurdur ki, məcburi köçkünlər üçün salınmış qəsəbədə kürəkəninə çörək zavodu tikdirib. Di gəl Xocalı qçaqını Türbəndiyev İntiqam mağaza tikdirmək istədi, ona imkan vermədi. İndi özünüzü rayondakı vəziyyətdən nəticə çıxarın!
Üstəlik, Bərdənin ica başçısı “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yerli şöbəsinin xidməti maşınını ələ keçirib.
Bərdə Rayon Suvarma Sistemlər İdarəsinə məxsus olan 09 AA 114 dövlət nömrə nişanlı “Hundai ix 35” markalı avtomobil V.İsayevin idarəçiliyindədir.
Bərdə Rayon Suvarma Sistemlər İdarəsinin sabiq rəisi Namiq Əhmədov xidməti avtomobili V.İsayevə vermək məcburiyyətində qalıb. İcra başçısı xidməti avtomobili xanımına bağışlayıb.
Yevlaxda isə qonşusunun torpağını zorla əlindən alaraq özünə villa tikdirib. Orada Bərdənin balansında olan texnikadan istifadə olunub.
Həmçinin, Göygölün Mixaylovka kəndində villa tikdirib. Bir Xocalı qaçqını isə özünə dükan tikə bilmir... Ümumiyyətlə, hakimiyyət o qədər məsuliyyətsiz deyil ki, zülm ərşə qalxan əyalətlərdə zalım idarəçiliyə səbr kasası daşana qədər göz yumsun.
Arzuolunmaz keçmiş, təcrübə, bədxahların fürsətcilliyi iqtidara böyük dərslər verib. Quba hadisələri, İsmayıllı nümunəsi, Gəncədəki sui-qəsd hökumətə unudulmaz ibrət qazandırıb.
Hakimiyyət dərk eləyib ki, yerlərdə əhalini incidənləri axıra qədər vəzifədə saxlamaq olmaz.
Anaxeber.info
Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar