Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

35 saylı dairənin ümid yeri İqbal Ağazadə

16-01-2020, 21:34   
 


35 saylı Xətai üçüncü seçki dairəsindən namizədliyini irəli sürən Ümid Partiyasının sədri İqbal Ağazadənin seçgi qərargahının toplantısı keçirilib. ANAXEBER.info-nun məlumatına görə, bu, təşviqat kampaniyası öncəsi seçki qərargahının sonuncu toplantısı olub. Toplantıda təbliğat və tşviqat kampaniyası ilə məsələlər müzakirə edilib. Toplantıda çıxış edən İqbal Ağazadə seçki qərargahının üzvlərinə, həmçinin seçicilərinə təşəkkürünü bildirib. “40 min insana çox şeyə görə borcluyam. Ən başlıcası seçkini bir vərdişə çevirən insanlardır bunlar. Hər bir dairədə qohumunuz, əqrabanız, dostunuz, yaxınlarınız var. Kimin qapısını döysən, deyər, nə seçki, seçki nədir?! Bir 35-ci dairədə kimin qapısını döysən, deyəcək, mənim namizədim var, seçkyə gedəcəm, mövqeyim var, mövqeyimi ortaya qoyacam”,- deyə Ümid sədri vurğulayıb.İmzatoplama kampaniyasını kifayət qədər yüksək səviyyədə aparan İqbal Ağazadənin təbliğat və təşviqat mərhələsində də digər namizədlərdən fərqlənəcəyi seçki qərargahının toplantısının izdihamlı keçməsindən də görünür. Ümumiyyətlə, fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində İqbal Ağazadə ən şanslı namizədlərdən hesab olunur. Populizmdən uzaq, reallığı əks etdirən çıxışları ilə seçicilərin rəğbətini qazanan Ümid sədrinin İctimai Televiziyanın efirində Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi, deputat Elman Nəsirovu çətin vəziyyətə salması onun reytinqini daha da artırıb. Qeyd edək ki, Elman Nəsirovla debat sosial şəbəkələrdə də geniş müzakirə mövzusuna çevrilmişdi. Müzakirələrdə İqbal Ağazadənin bir siyasətçi kimi üstünlüyü xüsusi vurğulanırdı. Bütün bunlar Ümid sədrinin seçkidə qalib gələcəyi barədə ehtimalları bir qədər də gücləndirib.Hazırda 35 saylı Xətai üçüncü seçki dairəsində İqbal Ağazadə nüfuzuna görə digər namizədləri geridə qoyur. Sözügedən dairənin əhatə etdiyi ərazidə yaşayan insanlarla söhbətdə də bu aydın görünür. Təsadüfi deyil ki, İqbal Ağazadə çıxışında 35 saylı Xətai üçüncü seçki dairəsi barədə danışarkən “Bu dairədə kimin qapısını döysən, deyəcək, mənim namizədim var, mövqeyim var, mövqeyimi ortaya qoyacam” deyir.
 
ANAXEBER.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar