Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Heç bir namizəd qarşımızda dura bilməyəcək”

18-01-2020, 12:07   
 

  İqbal Ağazadədən ümidini saxtakarlığa bağlayanlara mesaj35 saylı Xətai üçüncü seçki dairəsindən qeydə alınmış namizəd, “Ümid” Partiyasının sədri İqbal Ağazadə Xətai rayonu Mehmandarov küçəsində yaşayan seçicilərlə görüşüb. ANAXEBER.az xəbər verir ki, görüş kifayət qədər izdihamlı keçib. Görüşdə “Ümid” sədri çıxışına 2015-ci ildə keçirilən parament seçkilərini xatırlatmaqla başlayıb. “Əziz dostlar, biz 4 il sonra yenidən bir yerdəyik. 4 il əvvəl də biz beləcə seçki marafonuna başladıq. Azərbaycanda demokratik seçki necə olur, bir ərazidə demokratik seçki nümunəsi necə formalaşdırılır, bunu bir yerdə nümayiş etdirə bildik. Bu gün də yenidən bir yerdə bu prosesləri davam etdirmək üçün yola çıxdıq. Bu bir azadlıq yoludur, bu bir Azərbaycan yoludur, bu bir demokratiya yoludur, insanlarımızın gələcəyə baxışının yeni mərhələsidir. Bu dairə seçicilərin digər dairələrin seçicilərindən fərqli olaraq prosesə həvəslə, ümidlə qoşulduğu bir ərazidir”, - deyə İqbal Ağazadə bildirib.“Ümid” sədri əlavə edib ki, əraziyə yaxşı bələddir, ona görə də ciddi təbliğat aparmağa ehtiyac yoxdur: “Seçicilər bizi, biz də seçiciləri tanıyırıq. Seçici nə istəyir, bunu bilirik. 4 illik məsafə bizi ayrı salsa da, problemlər üst-üstə yığılsa da, inanıram ki, biz onları həll edə biləcəyik”.İqbal Ağazadə seçicilərinə xitabən bildirib ki, dairədə digər namizədlərin olması onları düşündürməməlidir: “Namizədlər, alternativlər var. Bu sizin heç birinizi düşndürməməlidir. Fon yaradırlar ki, burada yarış gedir, mübarizə gedir. Burada heç bir yarış, mübarizə yoxdur. Burada seçicilər öz namizədini tanıyır, namizəd də az qala seçicilərin hər birini adbaad tanıyır. Burada bizimlə mübarizə yarışa biləcək namizəd, yaxud namizədlər ordusu yoxdur”.“Ümid” sədri həmçinin rəqiblərinə qarşı “qara piar” aparmayacağını bəyan edib:“Heç bir namizədə qarşı qara piar aparmayacağıq. Onlar da Azərbaycan vətəndaşı kimi bizim üçün dəyərlidirlər. Lakn namizəd kimi dairəni yaxşı seçməyiblər. Bu dairənin seçiilərinin spesifik xüsusiyyətlərini, bu dairədə seçicilərin prosesə yanaşması barədə təsəvvürləri yoxdur. Elə bilirlər ki, burada da  başqa dairələrdə olduğu kimi olacaq.Bizim hər binada, hər blokda nümayəndələrimiz, təbliğatçılarımız var. O adamlar nə mənim, nə başqasının qara gözünə aşiq olaraq bu yola çıxmayıb. Onlar Azərbaycan sevdalısıdır, demokratiya sevdalısıdır. Onlar Milli Məclisdə o sözü eşitmək istəyirlər ki, o söz bu millətin gələcəyini təmin edəcək”.“Ümid” sədri ötən seçkilərində qələbəsinin oğurlanmasına eyham edərək bu dəfə belə olmayacağını bildirib:“15 il bu dairənin deputatı olmuşam, buranın seçiciləri isə 20 il mənə etimad göstəriblər. Keçən seçkidə halalımıza haram qatdılar. Bu dəfə baş verən proseslər, seçicilərin münasibəti, bizim münasibət halalımıza haram əl uzanmasına imkan verməyəcək. Biz buna əminik. Kimsə bu məsələlərdə qəti şəkildə qarşımızda dura bilməyəcək”.ANAXEBER.info
  
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar