Ana səhifə

Növbədə Göyçaydır? - Mehdi Səlimzadənin torpaq və "ölü can biznesi"

    Tarix: 22-02-2020 09:33   


Növbədə Göyçaydır? -



DTX-nın Neftçala Rayon İcra Hakimiyyətini və rayon rəhbərliyini əhatə edən əməliyyatı gündəmə digər rayonlardakı problemləri də gətirib. Narazılıq olunan rayonlardan biri də Göyçaydır.



AFN xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə ilə bağlı ciddi informasiyalar yayılmaqdadır. Belə ki, hüquq müdafiəçisi Taleh Xasməmmədovun sözlərinə görə, rayonun Qaraməryəm kənd ərazisində olan kənd təsərrüfatı təyinatlı torpaqlar süni şəkildə 2800 hektardan 3800 hektara qədər yalnız sənədlər üzərində artırılıb: “Çox güman ki, analoji hal başqa kəndlərdə də mövcuddur. Bununla da icra başçısı Mehdi Səlimzadənin qardaşı oğlu Toğrul Səlimzadə tək bir kənddən 90 min manat dövlət vəsaitini mənimsəyəcək. Bununla yanaşı, Göyçay rayonunda axtarılan 500-dən çox “ölü can”ın yeri müəyyən olunub. Belə ki, Mənzil İstismar Sahəsi, Sanitar Təmizlik İdarəsi və Təmir-Abadlıq İdarəsinin 500-dən çox işçisinə məxsus “ölü can” kimi gostərilən əmək haqqı kartlar tapılıb. Təkcə son 1 ildə həmin kartlardan 1 200 000 manat icra başçısı və qardaşı oğlu Toğrul tərəfindən mənimsənilib
Məlumata görə ölkə başçısı üçün ən həssas korrupsiya mövzusu “ölü can” məsələsidir. Çünki məşğulluğun təmini məqsədi ilə ayrılmış dövlət vəsaitləri işləyib-işləməməsindən asılı olmayaraq imkansız ailələrin təminatına yönəlməli idi. Amma bu məsələdə əksər rayon icra başçıları nəzarət etdikləri idarələrdə özlərinə yaxın, işləməyən şəxslərin adına əmək haqqı yazıb kartlarını özlərində saxlayıblar”.
Hüquq müdafiəçisinin sözlərinə görə, Göyçay rayonunda bir o qədər də torpaq davaları yoxdur. Buna səbəb isə odur ki, zamanında 3 milyarder, 5 milyonçu və s. rayonun əksər kənd təsərrüfatı təyinatlı torpaqlarını alıb, özlərinə kəndli-fermer təsərrüfatları yaradıblar: “İndi camaat da satdıqları torpaqlarda qul kimi işləyirlər”.
Göyçay RİH-lə əlaqə saxlamaq istəsək də, aidiyyatı şəxslərin telefonlarına etdiyimiz zənglər cavabsız qaldı. Qarşı tərəfin mövqeyini verməyə hazırıq.  
/afn.az
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net