Ana səhifə

"Patriot.az" saytının 5 yaşı tamam olur

    Tarix: 15-06-2020 16:23   

Bu gün Azərbaycanın internet media məkanında uğurla fəaliyyət göstərən www.patriot.az xəbər saytının 5 illik yubileyi qeyd olunur. Jurnalist Arif Yusifovun rəhbərliyi ilə 2015-ci ildən fəaliyyət göstərən bu saytın yaradılmasında əsas məqsəd dünyada və ölkəmizdə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya müasir dizaynda tərtib olunan informasiya bloklarında fotoşəkil və videolarla təqdim etməkdir. Düzgün seçilmiş informasiya siyasəti nəticəsində bu gün "Patriot.az" xəbər saytı Azərbaycanın media məkanında öz layiqli yerini tutub və geniş oxucu kütləsinə malik xəbər portallarından birinə çevrilib. "Patriot.az" saytı 24 saat ərzində ölkəmizdə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ xəbərlər, analitik məqalələr, foto və videolar hazırlayır. Həmçinin, "Patriot.az" xəbər saytı dövlət tədbirləri, ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər barədə gündəlik olaraq xəbərlər hazırlayır.
Beş yaşının tamam olması münasibətilə  "Patriot.az" saytının təsisçisi və baş redaktoru Arif Yusifovu, onun rəhbərlik etdiyi kollektivi və oxucuları təbrik edirik!





Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net