Ana səhifə

Kərəm Həsənovun adamlarının Şirvanda 20 hektar torpaq əməliyyatı

    Tarix: 28-05-2019 09:48   
 Şirvan şəhərində 20.5 hektar torpaq sahəsi Daşınmaz əmlak komitəsi tərəfindən mənimsənilib. Beləki, uzun müddətdir ki Şirvan şəhər sakinləri fərdi yaşayış yeri üçün torpaq sahəsi almaq məqsədilə Şirvan şəhər Bələdiyyəsinə müraciətləri rədd edilir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, vətəndaşlara Daşınmaz Əmlakin Kadastr və Ünvan Reyestri xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin 13 saylı Şirvan layihə Tədqiqat idarəsi tərəfindən ancaq “İmtina” rəyi verilir. Verilən “İmtina”- nın səbəbini soruşduqda isə, sözü gedən idarə tərəfindən Şirvan şəhərində Bələdiyyə ərazisində şəhərin perspektiv inkişaf fondu daxilində “Örüş” torpaqları olduğu bildirilir.
Araşdırmalar zamanı öyrəndik ki, 2017-ci ilin fevral ayında Kadastr və Yerquruluşu Layihə Tədqiqat idarəsi Əmlak məsələləri Dövlət komitəsi haqqında əsasnamənin 2.0.6-cı bəndini kobud şəkildə pozaraq, Şirvan şəhəri üzrə yaşayış Məntəqələri torpaqlarının kontur sərhədlərini özbaşına dəyişməklə Hektarlarla örüş torpaqları yaratmışlar. Bu da, ərazidə , yəni Şəhərin F.X.Xoyski küçəsində vətəndaşların fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulan 20.5 hektar torpaq sahəsinə böyük problem yaradır. Məsələ ilə bağlı cumhuriyyet.az bildirir ki, Şirvan şəhərində fərdi yaşayış evləri üçün nəzərdə tutulan Hektarlarla torpaq sahəsinə, kimlərin tapşırığı ilə “Örüş” torpaqlarının necə peyda olunmasının səbəbini bilməsəkdə, təkcə bunu bilirik ki Əsasnamənin qeyd olunan bəndi tələb qoyur ki, Dövlət, Bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə, torpaqların elektron daşıyıcısında hər hansı bir dəyişiklik olarsa dərhal Prezident Adminstrasiyasına arayış təqdim olunmalıdır. Şirvan şəhərinin Baş planınında isə sözü gedən “Örüş” sahəsi olan torpaqlar, yaşayış məntəqələri torpaqları kimi göstərilmişdir.
Buradan belə nəticəyə gəlmək olar ki, şəhərin F.X.Xoyski küçəsində 20.5 hektar fərdi yaşayış evləri üçün nəzərdə tutulan torpaq sahəsinin təyinatı, Əmlak məsələləri Dövlət komitəsinin aidiyyatı qurumları tərəfindən özbaşına dəyişdirilərək,” Örüş” torpaqları kimi göstərilmişdir. Əmlak məsələləri üzrə Dövlət komitəsinin sədri Cənab Kərəm Həsənovun bu işlərdən xəbərdar olub olmadığını bilmirik, amma Azərbaycan Respublikası Nazirlər kabinetinin qərarından da göründüyü kimi “Şirvan şəhərinin mövcud hüdudlarından kənarda olan kənd təsərrüfatı təyinatlı torpaqlar”ı, gətirib əhalinin və vətəndaşların yaşadığı əraziyə salınması heç cür başadüşülən deyil…
Mövzunu diqqətdə saxlayacağıq…шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net