Ana səhifə

''İcra başçısının müavini dedi ki, uşaqları saxlaya bilmirsənsə, internata verək''

    Tarix: 05-08-2019 09:43   

 
Kürdəmir sakini şikayət etdiyinə görə danlandığını deyir
Meydan TV iyulun 29-da Kürdəmirdə yaşayan çoxuşaqlı ana Zülfiyyə Məmmədovanın problemləri haqda reportaj təqdim etmişdi. Reportajdan sonra Kürdəmir Rayon İcra Hakimiyyətindən zəng vuraraq, Zülfiyyə Məmmədovanı görüşə dəvət ediblər.
Bu haqda Meydan TV-yə çoxuşaqlı ana özü məlumat verib.
Zülfiyyənin dediyinə görə, anası ilə onu icra başçısının birinci müavini Tacəddin Novruzov qəbul edib. Söhbət istədikləri kimi alınmayıb. İcra başçısının müavini çoxuşaqlı ailənin problemlərinə biganə olduqlarını göstərib.
“Mənə dedi ki, uşaqları saxlaya bilmirsənsə, sənədləri hazırla, internata verək. Dedim, siz öz uşaqlarınızı verərsiniz? Cavab verdi ki, mən kişiyəm”, - Zülfiyyə Məmmədova söyləyib.
Zülfiyyə Məmmədova deyib ki, icra hakimiyyətinə böyük ümidlərlə gedib. Tacəddin Novruzovla söhbətin əvvəlində də problemlərini dilə gətirib, ev tikmək üçün torpaq sahəsinə ehtiyacı olduğunu bildirib:
“Amma ta əvvəldən sərt danışdı. Soruşdu ki, niyə bizdən şikayət eləmisən? Mən də şikayət eləmədiyimi, problemlərimdən danışdığımı dedim. Bizimlə o qədər pis davrandılar ki, anam müavinin kabinetindən ağlaya-ağlaya çıxdı”.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net