Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Füzulidə gərginlik – Diaqnostika Mərkəzinin baş həkiminin işdən çıxarılması etirazlara səbəb olub-VIDEO

14-10-2019, 09:27   
 

Füzuli Rayon Müalicə-Diaqnostika Mərkəzinin baş həkimi Cümşüd Məmmədovun işdən çıxarılması etirazlara səbəb olub. ANAXEBER.info xəbər verir ki, Müalicə-Diaqnostika Mərkəzinin işçiləri Cümşüd Məmmədovun işdən çıxarılmasını ədalətsilzik kimi qiymətləndirir. Bir neçə gün əvvəl onlar Müalicə Diaqnostika Mərkəzinin qarşısında toplaşaraq Cümşüd Məmmədovun işdən çəxarılmasına etirazlarını bildiriblər.
Redaksiyamıza daxil olan məlumata görə, Cümşüd Məmmədovun işdən çıxarılmasında Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürovun rolu var. Məlumatda deyilir ki, Natiq Şükürov Səhiyyə Nazirliyindəki himayədarlarının dəstəyi ilə Cümşüd Məmmədovun işdən çıxarılmasına nail olub. Bildirilir ki, Natiq Şükürovun təhriki ilə Cümşüd Məmmədov Səhiyyə Nazirliyinə çağırılıb və orada işdən çıxması barədə ərizə yazmağa məcbur edilib. Cümşüd Məmmədova deyilib ki, ərizə yazmayacağı təqdirdə onunla bağlı prokurorluğa müraciət ediləcək və həbsi üçün müəyyən addımlar atılacaq. Bu hədədən sonra Cümşüd Məmmədov ərizə yazmağa razılaşıb.

Anaxeber.infoya daxil olan məlumata görə Cümşüd Məmmədovun kənarlaşdırılması prosesi də icra başçısı Alı Alıyevin də müstəsna rolu olub. Belə ki, yuxarıların razılığınin alınmaması üçün icra başçısı Səhiyyə Naziiyinə C. Məmmədov haqqında mənfi məlumat verib. Əvəzində rayonun baş həkimi qardaşının daha "sözəbaxan" məmur olacağı haqda icra başçısı qarşısında öhdəlik götürüb.

Məlumata görə, Natiq Şükürovun Cümşüd Məmmədovu işdən çıxardırması səbəbsiz deyil. O, Müalicə Diaqnostika Mərkəzinin rəhbərliyinə qardaşı oğlu Şaiq Şükürovun təyin olunmasına nail olub. Lakin Mərkəzin işçiləri Şaiq Şükürovun təyinatını xoş qarşılamayıb. Hazırda bu məsələ ilə əlaqədar gərginliyin hökm sürdüyü deyilir.
Qeyd edək ki, Natiq Şükürov Füzulidə qalmaqallı şəxs kimi tanınır. Bu ilin iyun ayında Böyük Bəhmənli kəndinin bir qrup sakini onun evinə hücum edərək oğlunu və qaynını döymüşdülər. Buna səbəb həmin vaxt xəstəxanaya yerləşdirilən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan iki nəfərə tibbi xidmət göstərilməməsi olub.
[media=//www.youtube.com/watch?v=DNTrGNmZ8Io]
[media=//www.youtube.com/watch?v=watch]
Xəsarət alan şəxslərin dayısı Elçin Əliyev isə bildirib ki, iyunun 26-da axşam saatlarında onun bacısı oğlanları ağır yol qəzasına düşüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan iki nəfər rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri ağır olan gənclərə heç bir tibbi xidmət göstərilməyib. Onlar yaralıları Bakı şəhərində yerləşən xəstəxanalarının birinə yerləşdirmək üçün təcili tibbi yardım avtomobili istəsələr də, xəstəxanadan verilməyib. Bildirilib ki, təcili tibbi yardım avtomobili üçün baş həkim Natiq Şükürovun rəsmi icazəsi olmalıdır. Onlar baş həkimlə telefonla danışıb vəziyyəti izah etsələr də, həkim icazə verməyib. Bu səbəbdən onun yaxınları baş həkimin qaldığı evə gediblər. Bu zaman isə orada mübahisə düşüb.
Bu hadisədən iki ay əvvəl isə Natiq Şükürov bıçaqlanıb. Bunu mətbuata baş həkimin özü deyib.  Onun sözlərinə görə, bu il aprelin 24-dən 25-nə keçən gecə də maskalı şəxslər evinə hücum edib, onu bıçaqlayıblar. Yalnız təsadüf nəticəsində sağ qalıb. Amma hadisənin üstü indiyədək açılmayıb, heç kim saxlanılmayıb.
[media=//www.youtube.com/watch?v=yDWV1-7ix14]
ANAXEBER.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar