Ana səhifə

Lerikdə 9 nəfərli ailə təhlükə ilə üz-üzə - “Hər an evimiz uça bilər”

    Tarix: 24-10-2019 08:35   
 

Evi qəzalı vəziyyətdə olan Lerik rayonunun Tikəband kənd sakini Nazilə Dədəcnova bununla bağlı müvafiq qurumların heç bir tədbir görməməsindən  şikayətçidir. O, ANAXEBER.az-a müraciətində yazır ki, dəfələrlə Fövqəladə Hallar Nazirliyinı müraciət etsə də, nəticəı yoxdur. “Gəlib evə baxış keçiriblər, amma heç bir tədbir görülməyib. 9 nəfərlik ailəmiz var. Onlardan 6-sı azyaşlı uşaqdır. Qarşıdan qış gəlir. O, evdə necə yaşayacağıq bilmirəm. Kənd icra nümayəndəsi deyir ki, eviniz plana düşüb. Düşübsə, niyə bu vaxta qədər tədbir görülmür. Artıq qış yaxınlaşır axı. Lerik rayonu dağlıq ərazi olduğuna görə burada qış sərt keçir”, - deyə şikayətçi bildirir.Onun sözlərinə görə, uzun müddətdir ki, bu problemlə üz-üzədir:  “Bu qoca ananın səsinə səs verin. Mənə köməklik edin. Uşaqlardan soyuqdan qırılmasın. Bundan başqa ev uçmaq təhlükəsi ilə üz-üzədir. Hər an evimiz uça bilər. Bu baş versə, kim məsuliyyət daşıyacaq? Uçqun zamanı onun altında qalan uşaqların qanı kimin üzərində qalacaq? Məgər bu problemi həll etmək bu qədər çətindir?”.Ümid edirik ki, müvafiq qurumlar Nazilə xanımın bu müraciətinə biuganə qalmayacaqlar.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net