Ana səhifə

Hakimlərin məhkəmə oyunları

    Tarix: 24-10-2019 10:58   
 

Mingəçevir sakini Balaxanım Məmmədova Prezident İlham Əliyevə müraciət edib. ANAXEBER.az xəbər verir ki, Balaxanım Məmmədova müraciətində gəlinin ona məxsus evi əlindən almaq istədiyini müvafiq qurumların isə bununla bağlı hər hansı tədbir görməməsini bildirib.  “Gəlinim mənə məxsus evi qanunsuz olaraq əlimdən alaraq məni çöllərə atmaq istəyir. Həyat yoldaşım Çernobl əlili olub. O, 1991-ci ildə aldığı şüalanmadan vəfat edib. İki övladımız, bir qız, bir oğlumuz olub. Qızım ailə qurub, özünün evi olmasa da öz ailəsi ilə kirayədə yaşayıb,hazırda həyat yoldaşı ilə Rusiyada işləyirlər. Mən uzun müddət Mingəçevir şəhər dezinfeksiya idarəsində işləmişəm, 65 yaşım var və həmin idarə tərəfindən mənə növbəlilik əsasında Mingəçevir şəhəri H.B. Vəzirov küçəsində 3 otaqli mənzil verilib. Sonradan yoldaşım rəhmətə getdi, ailə vəziyyətimiz ağır olduğu üçün -  o zaman oğlum da işləmirdi, evdə işçi qüvvəsi yox idi, dolanışıq çətin idi - oğlumun istəyi ilə həmin mənzili sataraq Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi 6 sayli binadan mənzil aldım və dolanışıq üçün əlimizdə bir az da pul qaldı.Yeni aldığım həmin mənzili oğlum Məmmədov Müşviq Ələddin oğlunun adına rəsmiləşdirdim. 2002-ci ilin noyabr ayının 9-da oğlum evləndi. 2 nəvəm var, hal- hazırda da bir yerdə yaşayırıq. 2013-cü ildə oğlum M.Məmmədov qəfildən rəhmətə getdi. Oğlum rəhmətəgedəndən sonra qanunu əsasla, notarial qaydada qanunun tələblərinə uyğun olaraq evi yenidən mən öz adıma sənədləşdirmişəm və gəlinimlə sözsüz- söhbətsiz yaşamışıq. Sonradan, gəlinim anasının diktəsi ilə mənzili satmaq iddiasına düşüb. Mən isə ona bildirdim ki, mən evi satmaq istəmirəm, mənə ev də lazım deyil, yaşayaq mən öləndən sonra satarsan, beləcə mən öz etirazımı bildirdim. Bundan sonra başladı mənə böhtanlar atmağa, güya mən evdə söz-söbət yaradıram. Uşaqlar dərs oxuya bilmir, nə bilim uşaqların tərbiyəsi pozulur və.s”. Balaxanım Məmmədova qeyd edir ki, 2019-cu ilin yanvar ayında gəlininin iddiası əsasında onun razılığım olmadan Mingəçevir Şəhər Məhkəməsi evin hərraca çıxarılması barədə qətnamə qəbul edib. Apellyasiya Məhkəməsi də  qətnaməni qüvədə saxlayıb. “Mən imkansız qadınam məhkəmələrdə nə vəkil tutmaq imkanım olub, nə də məhkəmə məni vəkillə təmin edib. Mən bu qanunsuzluq barədə Ombudsman Elmira Sülüymanovaya müraciət etsəm də bu gunə kimi heç bir cavab yoxdur. Baxın bizim Ombudsman bizim haqqımızı necə qoruyur. Bu Ombudsman nə ölüyə hay verir, nə də diriyə pay, bunu niyə seçiblər başa düşülən deyil. Vətandaş ona müraciət edir, kömək istəyir o isə öz kefindədir. Mən başa düşə bilmirəm mülkün qanunu sahibi mən olduğum halda, mənim razılığım olmadan necə ola bilər ki, mənim evimi məhkəmə satışa çıxarır, hərraca qoyur. Mənim nəvələrim gəlinim mənim üçün əzizdirlər, mənim oğlumun yadigarlarıdır, mən heç vaxt istəmərəm ki, onların ayağına daş dəysin. Ancaq mənim evimi, mənim icazəm,razılığım olmadan 35.000 min manata qiymətləndirmək və satışdan mənə 8000 mim pay vermək heç bir məntiqə, ədalətə sığmır. Mən nəvələrimin xatirinə evin satılmasına bir şərtlə razılıq verə bilərəm ki, mənim bu qoca vaxtımda məni çölə atmasınlar. Axı 8000 min manata ev düşmür”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net