Ana səhifə

Vidadi İsayev hakimiyyətin Bərdədəki üz qarasına çevrilib

    Tarix: 20-11-2019 09:48   
 

Hakimiyyətin 2016-cı ildə keçirdiyi referendumdan sonra başlanan struktur və kadr islahatlarının son vaxtlar daha sərt xarakter alması bu siyasətin davamının olacağını deməyə əsas verir. Aparılan islahatlar sırasında yüksək çinli oliqarxlarla birgə yerli icra başçılarının da hədəf alınması göz önündədir. Buna səbəb hakimiyyətin icra hakimiyyətlərinin fəaliyyətindən çıxardığı dərslərdir. Anaxeber.info olaraq xatırladaq ki,  ötən illər ərzində icra başçıları iqtidarın başını möhkəm ağradıblar.İstərsə Quba hadisələri, İsmayıllı üsyanı olsun, istərsə sahibkarların incidilməsi, aksiyalar, vətəndaşların mülkiyyətinin qanunsuz sökülməsi, şəhid və məcburi köçkünlərin qapıdan qovulması olsun, hər birində narazılıq iqtidara qarşı yönəlib.Təkcə bu despot siyasət yox, icra başçılarının sərvətlərə sahiblənməsi, rayonlarda kiçik “padşah”lara çevrilməsi, biznes şəbəkələrini qurması əhalidə ciddi etirazlar doğurub.Prezident dəfələrlə icra başçıları xalqla işləməlidirlər, şikayətlərə baxmalıdırlar. Amma görünən budur ki, İH rəhbərləri oliqarxlaşıblar, hətta onların qohumları rayonlarda “at oynadır”lar.Dövlət başçısı bir çox bölgələrdə icra başçılarını dəyişib, lakin tam olaraq sistem demontaj olunmalıdır. Yəni, dağıdılaraq yenidən qurulmalıdır. Bu gün prezidentə və mətbuata icra başçılarından yüzlərlə şikayətlər gəlməkdədir, sosial şəbəkələrdə yerli məmurların özbaşınalıqlarına dair foto və video faktlar ictimailəşdirilir. Onlar isə özlərini “dəvədən böyük fil” kimi aparırlar. Bəs, kimlərdir belələri? Bu sırada öndə gələn icra başçılarından biri də Bərdənin “kiçik padşahı” Vidadi İsayevdir.Bərdə rayonunda yaşanan və analoqu olmayan problemlərin varlığı haqda məlumatları əldə etdikcə, Anaxeber.info olaraq belə bir mövzulara daha çox yer ayırırıq. Məqsədimiz kiminləsə şəxsi ədavət aparmaq, kiminsə ünvanına hansısa şər-böhtanı yazmaq və s. deyil, sadəcə olaraq yaşananları ictimailəşdirməkdir. Çünki, problemlərin varlığını ictimailəşdirmək, aidiyyəti qurumları baş verənlər barədə məlumatlandırmaq, KİV nümayəndəsi olaraq bizim peşə borcumuzdur. Bəli, bu gün baş verənlərə diqqət yetirməklə o qənaətə gəlirik ki, Vidadi İsayevin “talan siyasəti” hələ Bərdəyə və bərdəlilərə çoxlu sayda iztirablar da bəxş edəcək. Çünki,AnaXeber.info olaraq bu günə kimi dərc etdiyimiz məqalələrdən də aydın olur ki, bu şəxsin başlıca amalı, əsas qayəsi sakinlərin problemlərini həll etmək deyil, məhz onlara yeni-yeni problemlər bəxş etməkdir. İcra başçısı indiyə qədər yazılanlara reaksiya verməyib. Eyni zamanda materiallarda qabardılan problemlərin həllinə cəhd göstərməyib. İcra başçısı hətta şəhid ailələrinin problemlərinə belə biganə yanaşır. Bərdə ictimaiyyəti hesab edir ki, Vidadi İsayev məqsədli şəkildə rayonda hakimiyyətə qarşı etirazçı ordusu formalaşdırır. Hakimiyyətin üst qatında ciddi islahatlar aparıldığı, başda prezident olmaqla hər kəsin xalqın problemlərinin yanında olduğu bir vaxtda Bərdədə insanların etiraza qalxmasına başqa cür ad vermək olmaz.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net