Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Vidadi İsayevi Neftçala aqibəti gözləyir - Təftiş

21-02-2020, 09:42   
 

Növbədə Vidadi İsayev ola bilərDövlət Təhlükəsizlik Xidmətinin Neftçala Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat son olmaya bilər. ANAXEBER.info xəbər verir ki, yerli hakimiyyət orqanlarında xüsusi əməliyyatların davam edəcəyi gözlənilir. İddialara görə, əməliyyatlar ən çox şikayət olunan rayonların icra hakimiyyətlərini əhatə edəcək. Bu sırada Bərdə Rayon İcra Hakimiyyətinin də adı çəkilir.  Bu rayonun Vidadi İsayevdir. O, 2011-ci ildən Bərdənin icra başçısıdır. 9 il ərzində Vidadi İsayevdən yuxarı orqanlardan minlərlə şikayət edilib. Ən müxtəlif media orqanlarında Vidadi İsayevin qanunsuz əməlləri barədə yüzlərlə material dərc edilib. Bu gün Bərdədə sakinlər açıq şəkildə icra başçısının fəaliyyətindən narazılıq edirlər. Yəni, narazılıq o həddədir ki, sakinlərdə qorxu xofunu üstələyib. Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində də bu özünü göstərdi. Bərdə sakinləri Vidadi İsayevin təzyiqlərinə baxmayaraq onun dəstəklədiyi namizədlərə səs vermədilər. Ona görə də 94 saylı Bərdə kənd və 95 saylı Bərdə şəhər seçki dairələrində daha çox qanun pozuntuları qeydə alındı.Məlumatlara görə, Vidadi İsayev də sakinlər arasında etimadını itirdiyinin fərqindədir. Amma o, bu etimadı bərpa etməkdənsə, daha çox qanunsuzluqlar etmək yolunu tutub və bu əməlləri ilə bütövlükdə hakimiyyəti Bərdə sakinlərinin hədəfinə gətirib. Sakinlər hesab edir ki, Vidadi İsayevin əməlləri Azərbaycan iqtidarının siyasi xəttindən qaynaqlanır. Halbuki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, icra başçıları vətəndaşların problemlərinə biganə qalmamalı, özlərini “padşah” kimi aparmamalıdır. Prezident həmçinin səlahiyyətlərindən sui-istifadə edən məmurların, o cümlədən icra başçıların cəzalandırılacağını da bildirib. Cəza isə yalnız işdən çıxarılmaq deyil, həbs də ola bilər. Ağstafa daha sonra Neftçlada xüsusi əməliyyatın keçirilməsi göstərir ki, hakimiyyətin zirvəsində sakinlərin narazılığına səbəb olan məmurların cəzaladırılmasında israr edirlər. Yəni, xəbərdarlıqlar, barmaq silkələmələr gərginliyi azaltmaq üçün düşünülmüş tryuk deyil. Bu baxımdan, gözlənilir ki, Vidadi İsayev də Ağsatafa və Neftçaladakı həmkarlarının taleyini yaşaya bilər.
ANAXEBER.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar