Ana səhifə

"Uşaqları məktəbə kürəyimizdə aparırıq", Masallı sakinləri

    Tarix: 28-02-2020 08:53   


Video açılmırsa, YouTube-dan izləyin.

Masallının Xırmandalı kəndində kimə yaxənlaşsan, yolların vəziyyətindən gileylənir.

Sakinlər deyirlər ki, kəndin nə ictimai nəqliyyatı var, nə də taksilər hər evə maşın sürür.

Valideynlər yağışlı havada uşaqlarını məktəbə kürəklərində apardıqlarını deyirlər.

Amma bəzi valideynlər yağmurlu havada uşaqlarını məktəbə göndərə bilmirlər.

Elə kənd məktəbində çalışan bəzi müəllim də hesab edirlər ki, bərbad yol kənd uşaqlarının təhsilinə mane olur.

Masallı Rayon İcra Hakimiyyətinin sözçüsü Qəşəm Hadıyev deyir ki, yolların düzəlməsi ilə bağlı işlər gedir.

İcra hakimiyyətinin ərazi üzrə nümayəndəsinin müavini Vidadi abasov isə deyir ki, kəndin ara yolları bələdiyyənin nəzdindədir.

Lakin o, kəndarası yolların bu gündə olmasının səbəbini sakinlərdə görür. Vidadi Abbasovun sözlərinə görə, sakinlər illərdir ki, bələdiyyəyə vergi vermirlər və buna görə də bu işi görməli olan bələdiyyə yolları düzəltmək üçün pul tapa bilmir.

Amma o ümid edir ki, ötən ilin dekabrında formalaşan bələdiyyə nəhayət ki, kəndin yol problemini həll edə biləcək.

Masalli sakini

Əlaqəli mövzular

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net