Ana səhifə

Mübariz Mənsimovdan Əli İnsanovla bağlı açıqlama

    Tarix: 14-05-2019 08:33   


Mübariz Mənsimovdan Əli İnsanovla bağlı açıqlama

Tanınmış iş adamı, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov bir müddət əvvəl həbsdən buraxılan keçmiş səhiyyə naziri Əli İnsanovla əməkdaşlıq edə biləcəyi haqda məlumatlara münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, bu haqda şirkətin yaydığı açıqlamada  M. Mənsimov keçmiş nazirlə əməkdaşlığını tamamilə istisna edib. O, Ə.İnsanovu tanımadığını və tanımaq da istəmədiyini bəyan edərək, hər zaman Azərbaycan dövlətinə sadiq qaldığını, prezident İlham Əliyevlə onu qarşı-qarşıya qoymaq istəyənlərin arzularına çatmayacaqlarını bildirib.

Qeyd edək ki, Mənsimova qarşı yönələn  ittihamlardan biri də “Palmali” sahibinin öz xeyriyyəçilik fəaliyyəti haqqında cəmiyyəti müntəzəm məlumatlandırması, bu istiqamətdə gördüyü işləri təbliğ etməsidir.

“Ancaq həmin “ittiham”ları dövriyyəyə buraxanlar Mənsimovun xeyriyyə məqsədilə məhz şəxsi vəsaitini sərf etdiyini, eyni zamanda, bütün müsbət nümunələrin tanıdılmasına ehtiyac olduğunu nədənsə, “unudurlar”. Bu “unutqanlığın” nəticəsi isə atdıqları bumeranqın onların özlərinə qayıtması olur”-deyə şirkətdən verilən bəyanatda bildirilib.

 

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net