Ana səhifə

Vatsapdan yayılan QORXUNC TƏHLÜKƏ - Qaşıqçını da belə yaxalayıblar

    Tarix: 14-05-2019 15:06   
 

İsrailin “NSO Group” firmasının ərsəyə gətirdiyi “Peqasus” adlı casus mobil tətbiq Vatsap proqramından istifadə edən bütün telefonlara “bulaşır”.
Publika.az xəbər verir ki, bu barədə “Financial Times” informasiya yayıb.
Xəbərə görə, casus tətbiqi Vatsap platformasından istifadə edən bütün cihazlara hakerlər tərəfindən uzaqdan yerləşdirmək mümkündür.
Vatsapın mətbuat katibi də bu tətbiqin zəng funksiyası vasitəsilə, sadəcə cavabsız zənglər yolu ilə telefonlara sıza bildiyini təsdiq edib.
Tətbiqin nə qədər insana göndərildiyi məlum deyil. Yalnız şirkət istifadəçilərin seçilərək hədəf alındığını açıqlayıb.
“NSO Group” isə məsələ ilə bağlı açıqlama verməyib.
srail şirkətinin ərsəyə gətirdiyi mobil tətbiqin adına İstanbulda qətlə yetirilən jurnalist Camal Qaşıqçı cinayətində də rast gəlinir.
Toronto Universitetinin “Citizen Lab” qurumu Səudiyyə Ərəbistanın “NSO Group”dan aldığı casus tətbiqi vasitəsilə Camal Qaşıqçını izlədiyini ortaya çıxarmışdı.
Zümrüdшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net