Ana səhifə

Hacıbala Abutalıbovun bağlatdırdığı kafeni gecə klubu etdilər - FOTO

    Tarix: 14-05-2019 17:49   
 

Azərbaycan Yazıçılar Birliyinin binasında yerləşən keçmiş “26” - “Twenty six” adlı kafe başqa adla gecə klubu kimi fəaliyyətə başlayıb.
Yeni açılan gecə klubu “Hot Room Club” adı ilə fəaliyyət göstərir. Gecə klubu axşam saat 22:00-dan səhər tezdən 06:00-a qədər fəaliyyət göstərir.
Xatırladaq ki, ötən ilin sentyabr ayında Bakının Səbail rayonu ərazisində, “Sahil bağı” yaxınlığında, Xaqani küçəsində yerləşən Azərbaycan Yazıçılar Birliyinin nəzdində olan və icarəyə verilmiş “26” - “Twenty six” kafesi qalmaqallı şəkildə bağlanmışdı.
Obyektin bağlanmasına səbəb kimi onun “26 - Bakı komissarı”nın adını daşıması göstərilmişdi. Bakı şəhərinin sabiq meri Hacıbala Abutalıbov, Səbail Rayon İcra Hakimiyyətinin sabiq başçısı Eldar Əzizov və polis əməkdaşlarının iştirakı ilə kafenin adı sökülmüş, icarəyə götürən şəxs isə saxlanılmışdı.

 
/publika.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net