Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

PREZİDENTDƏN SONRA ƏN YÜKSƏK MAAŞ ALAN ŞƏXS – 12 450 manat

23-05-2019, 16:21   

 


Dövlət büdcəsi hesabına ölkə Prezidentindən sonra ən yüksək əmək haqqını ölkəmizin Yaponiyadakı səfiri Gürsel İsmayılzadəyə verilib.
Yeniavaz.com xəbər verir ki, Azərbaycan Prezidentinin 25 sentyabr 2012-ci il tarixli sərəncamına uyğun olaraq ölkəmizin Yaponiyadakı səfiri ay ərzində 645000 yen (5860 dollar) maaş alır.
Eyni zamanda bu vəsaitin üzərinə əməkhaqqının 25%-i məbləğində aylıq təmsilçilik xərci də əlavə edilir. Bu isə o deməkdir ki, Yaponiyadakı səfirimizin aylıq əmək haqqı 7325 dollar və ya mövcud məzənnə ilə 12 450 manat səviyyəsindədir.
Məlumat üçün onu da bildirək ki, bu ilin yanvar ayında Prezident İlham Əliyev Gürsel İsmayılzadəni Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. Lakin maraqlıdır ki, Xarici İşlər Nazirliyin rəsmi saytında (link: – http://tokyo.mfa.gov.az/az/content/33) Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri olaraq Gürsel İsmayılzadənin adı qeyd olunub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar