Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rayon başçısı Cəlilov: 4 qətldə şübhəli bilinir...

23-05-2019, 16:35   

 

Dağıstanın Dərbənd rayonunun mənimsəmədə ittiham olunaraq həbs edilmiş başçısı Məhəmməd Cəlilova qarşı yeni ittihamlar irəli sürülə bilər. Ələlxüsus, məmur dörd qətlin törədilməsində şübhəli bilinir.

Virtualaz.org “Baza” telegram-kanalına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, sözügedən iki qətl hadisəsi hələ 2000-ci illərin əvvəllərində törədilib. Dərbənddə iki Azərbaycan vətəndaşı oğurlanıb və sonradan öldürülmüşdülər. Fakt üzrə cinayət işinin iştirakçılarından biri Cəlilovun qardaşı olub, lakin son nəticədə iş məhkəməyə gedib çıxmadı. İndi isə müstəntiqlər köhnə işi qaldırıblar və güman edildiyinə görə, məmur özü də iki nəfərin ölümündə təqsirlidir.

Eyni zamanda, Məhəmməd Cəlilovu iş adamı Arsenəli Daudovun qətlində ittiham etməyə hazırlaşırlar. O, öz avtomobilində partladılmışdı. Daudov Azərbaycandan Dağıstana və qonşu regionlara tərəvəz tədarükü ilə məşğul olub. Bu işdə onun maraqları Cəlilovun maraqları ilə toqquşub.

Dördüncü qurban Dərbənd Rayon Xəstəxanasının baş həkimi Nesür Osmanovdur. Həkim, müstəntiqlərin gəldikləri qənaətə görə, Cəlilova 12 milyon rubl borc veribmiş. 2015-ci ildə məmur borcunu qaytarmaqdan imtina edib və kreditoru öldürüb.

Daha öncə Rusiya mətbuatı yazmışdı ki, mayın 20-də məhkəmə Məhəmməd Cəlilovun vəkillərinin vəsatətini təmin etməyib və Dərbənd rayonunun keçmiş başçısını həbsdə saxlayıb. Əsas cinayət işinin materiallarına görə, məmur vəzifəsindən sui-istifadə edərək, qohumlarına 3 hektar torpaq sahəsi verib ki, bunun da bazar qiyməti 30 milyon rubldur. Həmin torpağa görə dövlətə pul ödənilməyib. Hadisə 2015-ci ildə baş verib.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar