Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Amnesty International” Azərbaycanda insan haqqları problemi ilə bağlı UEFA-nı xəbərdar edib

24-05-2019, 09:13   


 

Amnesty International insan haqları təşkilatı UEFA-nı, Azərbaycana insan haqlarının “qorxulu” durumunu idmanla ört-basdır etməyə imkan verməməyə çağırıb. Bu haqda AzadlıqRadiosu məlumat yayıb.

Təşkilatın Britaniya üzrə direktoru Kate Allen Azərbaycandakı vəziyyət haqqında bunları deyib:

Azərbaycanın futbol bayramı təşkil edərək insan haqlarının dəhşətli vəziyyətini idmanla ört-basdır etməsinə imkan verməməliyik. Azərbaycan insan haqlarına qəddarcasına təzyiqi davam etdirir, jurnalistlər, bloqqerlər, insan haqları fəalları hədəfə alınır. Ədalətsiz məhkəmələr, qarayaxma kampaniyaları adi hala çevrilib. LGBTI icmasının üzvləri həbs olunur, hətta ölkədən qaçanlar belə təqib olunur, qayıtmaları üçün onlara təzyiq göstərilir

Qurum rəsmisi bildirib ki, adətən, hökumətlər yüksək səviyyəli idman yarışmaları vasitəsilə diqqəti özünün repressiv siyasəti və insan haqları pozuntularından yayındırmağa çalışır:

Azarkeşlər, oyunçular, köməkçi heyət bu ölkədə insan haqlarıyla bağlı məlumatlanmaqla Azərbaycanın öz imicini idmanla yaxşılaşdırması cəhdini önləyə bilərlər

Xatlrladaq ki, mayın 29-da Bakı Olimpiya Stadionunda Avropa Liqasının yekun matçı keçiriləcək, İngiltərənin Arsenal və Çelsi qrupları üz-üzə gələcək. Bu yarışmanın Bakıya salınmasını insan haqları qrupları kəskin tənqid edirlər.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar