Ana səhifə

SON DƏQİQƏ: Rusiya ordusu Suriyada geri çəkildi - ŞOK İDDİA

    Tarix: 07-06-2019 22:19   
 

Rusiya hərbi qulluqçuları Suriyanın Hama əyalətinin şimalında Tal-Salbe hərbi bazasından geri çəkilməyə məcbur olub.
Publika.az “lenta.ru” saytına istinadən xəbər verir ki, bu haqda “Al-Masdar News” bildirib.
Nəşrin mənbələrinin sözlərinə görə, bu, “Hayat Tahrir-aş-Şam” qruplaşmasının döyüşçülərinin Rusiya hərbçilərinin mövqelərinə artilleriya zərbələrindən sonra baş verib.
Mənbələr qeyd edirlər ki, döyüşçülər Suriyanın hökumət qoşunlarına əks-hücumdan sonra rusiyalılara hücüm ediblər. Onların hərəkətlərinə cavab olaraq Rusiya aviasiyası zərbələr endirib. Bu, Tal-Salbeyə artilleriya atəşinin dayandırılmasına gətirib çıxarıb.
İyunun 6-da verilən xəbərə görə, Suriyanın Hərbi-Hava Qüvvələri Rusiya aviasiyası ilə birgə İdlib əyalətində “Hayat Tahrir-aş-Şam” qruplaşmasının mövqelərinə zərbələr vurub. Onun cənub hissəsində Suriya ordusunun yerüstü əməliyyatı planlaşdırılır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net