Ana səhifə

“Qaloş piri” tənqidlərinə ailədən cavab: Seyid Miribiş ağanın nəvəsi Seyid İsmayıl danışdı - VİDEO

    Tarix: 10-06-2019 18:30   


“Yeni Müsavat”ın Facebook və Youtube üzərindən gerçəkləşdirdiyi “Canlı debat” verilişində “Qaloş piri” iddialarına aydınlıq gəldi. İlhaiyyatçı alim Hacı İlqar İbrahimoğlunun qonaq olduğu verilişə Seyid Miribiş ağanın nəvəsi Seyid İsmayıl canlı telefon bağlantısı ilə qoşulub. 

Musavat.com xəbər verir ki, Seyid İsmayıl ailə barəsində sosial şəbəkədə gedən söhbətlərə və tənqidlərə etiraz edib. O, hər il iyunun 8-də Seyid babasının ildönümünün qeyd edildiyini, nəvələrinin ona ehsan süfrəsi açdığını bildirib. Sözügedən görüntülərin də ildönümündə çəkildiyini deyən Seyid İsmayıl veriliş zamanı bir çox sualları da cavablayıb. O, eyni zamanda insanların başına çəkilən əşyanın qaloş yox, ayaqqabı olduğunu da deyib.

Musavat.com xatırladır ki, Goranboyun Qurbanzadə kəndindəki pirdə çəkilən görüntülər səs-küylü müzakirələrə səbəb olub. Müzakirələrin səbəbi isə insanların nicat tapmaq üçün gəldiyi pirdə başına iddialara görə qaloş sürtdürməsidir. Məlum okur ki, həmin əşya burada yaşayan Seyid Miribiş ağaya məxsusdur.


шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net