Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Namiq Əliyev: "İnanırıq ki, güləşçilər Minskdən medallarla qayıdacaqlar"

21-06-2019, 08:21   
 




Bu gün Olimpiya Güləş Mərkəzində sərbəst və yunan-Roma güləşi yığmalarımızın açıq məşqi baş tutub.

Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev II Avropa Oyunlarında iştirak edəcək heyəti açıqladıqdan sonra brifinqdə jurnalistlərə açıqlama verib:
"Avropa Oyunlarında bir neçə aparıcı güləşçimizlə yanaşı, gəncləri də sınaqdan keçirəcəyik. Həmin gənclər də nəticə vermiş güləşçilərdir. Bu il əsas hədəfimiz Qazaxıstanda keçiriləcək dünya çempionatıdır. Bildiyiniz kimi, mundial Tokio-2020 üçün ilk lisenziya yarışı sayılır. Ondan öncəki turnirlər DÇ-yə hazırlıq xarakteri daşıyır. Ona görə bəzi güləşçiləri Avropa Oyunlarında yoxlamaq istəyirik. Onlardan bir neçəsi uzunmüddətli zədədən sonra ilk yarışına çıxacaq. Son vəziyyətlərini görmək istəyirik. Qarışıq bir tərkibdə Minskdə iştirak edəcəyik. Əsas hədəf güləşçiləri sınaqdan keçirmək olsa da, həmişə olduğu kimi, Minskdə də pəhləvanlarımızdan uğurlu çıxış gözləyirik.

Hazırda yeniyetmələrin Avropa çempionatı keçirilir. Geridə qalan 3 gündə güləşçilərimiz 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Bu, böyük nailiyyətdir. Biz həmişə güləşçilərimizin qarşısına məqsədlər qoyuruq. Belarusa kifayət qədər təcrübəli güləşçilər də, Avropa və dünya çempionları da yollanacaq. İnanırıq ki, Minskdən medallarla qayıdacaqlar.

Toğrul Əsgərov gələn ay Türkiyədə keçiriləcək "Yaşar Doğu" turnirində çıxış edəcək. Həmin yarışda ABŞ və Kuba kimi güclü yığmaların üzvləri də mübarizə aparacaq".

Qeyd edək ki, açıq məşq zamanı sərbəst güləşçi Mahir Əmiraslanov (57 kq) və yunan-Roma güləşçisi İslam Abbasov (87 kq) da jurnalistlərin suallarını cavablandırıb və Minskdə çempionluğu hədəflədiklərini açıqlayıblar.







Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar