Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Tbilisidə xüsusi təyinatlılar etirazçılara rezin güllə atdı -16 nəfər xəsarət alıb

21-06-2019, 09:01   
 

Gürcüstan Səhiyyə Nazirliyinin məlumatına görə, Tbilisidə parament qarşısında etiraz aksiyasının iştirakçılarına xüsusi təyinatlılar tərəfindən rezin güllələrin atılması və gözyaşardıcı qadan istifadə nəticəsində 16 nəfər xəsarət alıb.

Onlardan 12 nəfərinin yüngül, 4 nəfərinin isə orta dərəcəli xəsarətlər aldığı bildirilir.

*   *   *22:41

Gürcüstanda bir qrup şəxs parlament qarşısına toplaşaraq Rusiya parlamentinin nümayəndə heyətinin ölkəyə səfərinə qarşı etiraz aksiyası keçirirlər.

RİA “Novosti” xəbər verir ki, Rustaveli prospektini bağlayan etirazçılar rusiyalı deputatların dərhal ölkəni tərk etmələrini tələb edirlər. Hadisə yerinə polis cəlb olunub.

“Agenda”nın məlumatına görə, bu gün Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı Assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov parlament spikeri kürsüsündən nitq söyləyəndə qalmaqal yaranıb, Gürcüstan parlamentinin müxalifətçi üzvləri toplantını pozublar. Gürcüstan Xəyalı Partiyası da toplantıya sədrliyin rusiyalı deputatlara yox, qurumun yunanıstanlı baş katibinə həvalə olunmasını tələb ediblər.

Məsələ ilə bağlı baş nazir Mamuka Baxtadze də bəyanat yayaraq işğalçı ölkənin parlamenti üzvünü Gürcüstan parlamentinin ali kürsüsündə görməyin çox ağır olduğunu, bu halın milli mənafelərinə toxunduğunu açıqlayıb.

Aksiyada iştirak edən ictimai fəallar və müxalifət partiyalarının üzvləri Gürcüstanın parlament sədri İrakli Kobaxidzenin istefasını tələb ediblər.

Həmçinin daxili işlər naziri Giorgi Qaxaria və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Vaxtanq Qomelaurinin də istefası tələb olunur.

Müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının sədri Qriqol Vaşadze aksiya iştirakçıları qarşısında çıxışı zamanı bildirib ki, hökumətə tələbləri yerinə yetirmək üçün bir saat vaxt verilir.

Bu arada Gürcüstan parlamentinin həyətinə cəlb olunmuş polis qüvvələrinin sayı artırılıb.

Müxalif Vahid Milli Hərəkat Partiyasından olan deputatlar bildiriblər ki, Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyasında baş verən hadisələrə görə parlament sədri İrakli Kobaxidze məsuliyyəti üzərinə götürməlidir. Əks halda, partiyanın parlament fraksiyası spikerin istefası proseduruna başlayacaq.

Yerli mənbələr bildirir ki, hadisələrin belə inkişafını görən Gürcüstan parlamentinin sədri Bakıya səfərini yarımçıq qoyaraq təcili Tbilisiyə qayıdır.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar