Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Sabiq nazir insult keçirdi - FOTO

22-06-2019, 20:26   
 


Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov insult keçirib.
Publika.az xəbər verir ki, bu barədə N.Abbasoun yaxınları Modern.az-a deyiblər.
Bildirilib ki, son vaxtlar səhhətində ciddi problem yaranmış və insult keçirmiş sabiq nazir hazırda özünü pis hiss etdiyindən danışa bilmir.
Hətta onun hazırda mobil telefon belə işlətmədiyi qeyd edilib.
Qeyd edək ki, 79 yaşlı Namiq Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.
Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb.

 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar