Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Binəli Yıldırım İmamoğlunu təbrik etdi: "İstanbula gözəl xidmətlər verməsini arzu edirəm" - VİDEO

23-06-2019, 22:01   


“İstanbulluların xeyrinə atacağı hər addımda ona yardımçı olmağa çalışacağıq”

İstanbul bələdiyyə sədrliyinə AKP-dən namizəd olan Binəli Yıldırım da ilkin nəticələrlə bağlı açıqlama verib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, B.Yıldırım “An etibarilə seçkiləri rəqibim Əkrəm İmamoğlu öndə aparmaqdadır. Onu təbrik edir, uğurlar arzulayıram” deyib.

Yıldırım AKP-in İstanbul bölgə qərargahında keçirdiyi mətbuat konfransında bildirib ki, bu seçki kampaniyası boyunca onlarla bərabər gərgin bir iş qrafikinə girən, əlindən gələn bütün səyi göstərən komanda üzvlərinə, partiya mənsublarına, onları, layihələrini, vədlərini dinləyən istanbullulara, gözəl insanlara təşəkkür edir: “Eyni zamanda böyük fədakarlıq göstərən ailəmə də bu vəsilə ilə təşəkkür edirəm. Seçki demək, demokratiya deməkdir. Bu seçkilər də Türkiyədə demokratiyanın ən yaxşı şəkildə, qüsursuz işlədiyini növbəti dəfə ortaya qoyub. Əldə edilən nəticələr təbii ki, daha dəqiq olaraq sonra açıqlanacaqdır”.

Bu nəticələrin İstanbula, İstanbulun gələcəyinə xeyir gətirməsini arzulayan Yıldırım daha sonra aşağıdakıları deyib:“Bundan sonra Əkrəm İmamoğlu dostumuzun İstanbula gözəl xidmətlər verməsini arzu edirəm. Həyata keçirəcəyi, istanbulluların xeyrinə atacağı hər cür addımda da ona yardımçı olmağa çalışacağıq. Bunun da bilinməsini istəyirəm. Bir daha istanbulluların verdiyi qərarın gələcək 5 il üçün qadınlarımız, uşaqlarımız və bütün İstanbulda yaşayan 15 milyon üçün xeyirli olmasını arzulayıram. Təşəkkür edirəm”.

Sevinc
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar