Ana səhifə

Bakıda metro girişində dilənən ana-balaya qarşı polis əməliyyatı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR\ VIDEO\

    Tarix: 28-06-2019 19:13   


Bakıda metro girişində dilənən ana-balaya qarşı polis əməliyyatı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR


Bir neçə gün əvvəl "İnstagram" sosial şəbəkəsində "Nəriman Nərimanov” metrostansiyasının ərazisində dilənən ana və onun azyaşlı uşağının polisiər tərəfindən saxlanılmasını əks etdirən video geniş müzakiyə səbəb olub. Criminal.az xəbər verir ki, videoda bir neçə polisin ananın və onun uşağını qışqıraraq imdad diləməsinə baxmayaraq aparması əks olunub. 
Sosial şəbəkə istifadəçilərinin bəziləri polislərin hərəkətini haqlı hesab etsələr də, əksər şərhçilər asayiş keşikçilərini dilənçi olmasına baxmayaraq, qadına və azyaşlıya qarşı hərəkətini zorakılıq kimi qiymətləndirərək qınayıb. 
Sosial şəbəkələrdə yayılan görüntülərə gec də olsa aydınlıq gətirilib. Metro Polisindən "Qafqazinfo”ya bildirilib ki, dilənçiliyi nəinki özünə, hətta övladına dolanışıq vasitəsi kimi seçən Ağdaş sakini Nuridə Quliyeva və azyaşlı oğlu stansiyanın keçidində dilənərkən ərazidə xidmət aparan metro polisinin əməkdaşları tərəfindən saxlanılıb, belə halın qanunsuz olduğu nəzərinə çatdırılmaqla ərazini tərk etməsi tələb olunub. Lakin Nuridə Quliyeva polisin qanuni tələbinə məhəl qoymayaraq nalayiq ifadələrlə polis və metropoliten əməkdaşlarını təhqir edərək əsassız yerə hay-küy salmaqla ictimai asayişi pozub.
Sonuncu hadisədən öncə N.Quliyeva azyaşlı övladı ilə metronun "Nərimanov” və digər stansiyaların keçidlərində dəfələrlə dilənçiliklə məşğul olduğu üçün saxlanılıb və xəbərdarlıq edilməklə sərbəst buraxılıb.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net